16:29
2.5.2014
SLAVYANSK SAKİNİ TELEFONLA BUNLARI DEDİ
AzadliqRadiosu rus xidməti Slavyansk sakinlərindən telefon müsahibəsi alıb. Vyacheslav adlı şəhər sakini deyir ki, şəhər tamamilə iflic olub.- Əsgərlər şəhəri tam mühasitərəyə götürüb, şəhərə və şəhərdən nə maşın, nə də qatar buraxılır. Saat 4.30-da həyəcan siqnalları eşidildi, sonrda da “təmizləmə” əməliyyatı başladı. Bunlar bizim üçün tamamilə gözlənilməz idi. Biz şəhərin əks tərfində yaşayırıq, burada nəsə baş vermirdi, silahlı toqquşmalar yox idi. Amma şəhərin başqa hissələrində hər şey ciddi idi – vertolyotlardan atəş açırdılar. Küçəyə çıxmaq fikrimiz yoxdur, hazırda şəhərin küçələri kimsəsizdir. Bir-birimizə zəng edib hansı məhəllədə nə baş verdiyini öyrənirik. Hər yer boşdur. Ukrayna hərbçiləri faktiki olaraq şəhərin ərazisindədirlər. Kiməsə rast gələndə, təcili evə gedib orada gizlənməyi məsləhət görürlər. Şəhərdə demək olar ki, bütün müəssisələr bağlıdır, hərgah bizim yanımızdakı dükan açıqdır. Amma mağazaların əksəriyyəti bağlıdır. İstərdik ki, bütün bunlar nəhayət qurtarsın. Narazı adam çoxdur. Şəhər demək olar ki, iflic vəziyyətindədir, biznes dayanıb, məktəblər işləmir. Qorxu yoxdur, yorğunluq var – deyə Vyachelsav telefonla söhbətində bildirir.
17:24
2.5.2014
SLAVYANSKIN MƏRKƏZ SEPARATÇILARDA, KƏNARLARI HÖKUMƏTDƏ
Ukrayna Milli qvardiyasının komandanı Stepan Poltorak bəyan edib ki, Slavyansk ətrafı separatçılardan demək olar ki, təmizlənib.Onun sözlərində görə, separatçılara qarşı əməliyyat zamanı Milli Qvardiyanın şəxsi heyəti arasında ölən və yaralanan olmayıb. Bildirlir ki, şəhərin bütün nəqliyyat şəbəkələrə nəzarətə götürülüb, SlaVyansk mühasirəyə alınıb.
Antiterror əməliyyatının qərargahı Rusiyameyli fəallardan tələb ediblər ki, şəhərdə qanunsuz saxladıqları girovları azad etsinlər. Ukrayna hakimiyyəti yaraqlı dəstələrin sıravi üzvlərinə silahı yerə qoyaraq könüllü təslim olmağı təklif edib.
Tərəflərin itki haqda məlumatları belədir. Ukrayna tərəfi bildirir ki, Mi-24 vertolyotlarının atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Separatçıların məlumatlarına əsasən onlardan 1 nəfər həlak olub, 1 nəfər də yaralanıb.
17:39
2.5.2014
Rusiya #Ukrayna-nı xəbərdar, Qərbi isə ittiham edir. http://t.co/qxJOMxq1FK
— AzadliqRadiosu (@RadioAzadliq) 2.5.2014
20:58
2.5.2014
Ukraynanın Odessa şəhərində Rusiyameylli qüvvələr Ukraynanın bütövlüyü tərəfdarlarının yürüşünə hücum edib. Qarşıdurmada 1 nəfərin öldüyü bildilir.