Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:16

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

21:20 3.5.2014
«Donetsk vilayətinin hüquq-mühafizə orqanlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin Kramatorskdakı inzibati binası yaraqlılardan azad edilib». - Ukraynanın Daxili İşlər Nazirliyi məlumat verir.
21:35 3.5.2014
Mayın 2-də Odessada qarşıdurmalar zamanı 46 adam ölüb. Onlardan 40-ı yanğında, 6-sı isə şəhərin mərkəzində toqquşmalarda həlak olub.

Bu barədə Odessa vilayət prokuroru bildirib.

Prokurorun fikrincə, Həmkarlar İttifaqları evinin yanmasına yuxarı mərtəbələrdən atılan «Molotov kokteylləri» də səbəb ola bilərdi.

Video dolayısıyla bu versiyanı təsdiq edir.

22:22 3.5.2014
Donetskdə separatçıların mayın 3-də keçirdikləri mitinqdə Odessa hadisələrinə görə məsuliyyətin Ukrayna hakimyyəti üzərində olduğu deyilirdi. Mitinqdən sonra yüxlərlə aqressiv separatçı Ukrayna təhlükəsizlik xidmətinin yerli bölməsinə hücum edib. Binanı heç kim mühafizə etmədiyindən separatçılar onu zəbt ediblər.
22:25 3.5.2014
Luqanskda separatçıların Hərbi komissarlığı ələ keçirmək cəhdi atışma ilə nəticələnib. Ukrayna hərbçilərinin müqavimət ilə rastlaşan separatçılar danışıqlara başlayıblar.

Davamı

XS
SM
MD
LG