17:42
28.5.2014
#Ukrayna prezidentini Azərbaycan da təbrik edir http://t.co/fQ2tkkzYPn
— AzadliqRadiosu (@RadioAzadliq) 28.5.2014
16:20
28.5.2014
Rusiyada Donbass separatçılarına yardım edən 4təkərli cəbbəxana
Ukrayna sərhədçiləri Luqansk regionunda silahlarla dolu maşınları saxladığını bildirir. Məlumata görə silahlar Rusiyadan gətirilibmiş. Sərhədçilər maşınları saxlayarkən bir nəfərin də yaralandığını bildirirlər. Rusiyanın sərhəd xidməti isə Ukrayna ərazisinə silah buraxıldığını inkar edir. (Reuters)
15:41
28.5.2014
Donetsk aeroportu ərazisində mayın 27-dən yaranmış sakitlik yenidən pozulub, atışma başlayıb. İnterfaks agentliyi Donetsk üzərində hərbi aviasiyanın uçduğunu xəbər verir.
Hadisələr haqda daim xəbər verən və əsasən rəsmi Ukrayna mənbələrinə əsaslanan Dmitriy Tymchuk yazır ki, təhükəsizlik qüvvələri separatçıların bir neçə atəş nöqtəsini məhv ediblər. Bu zaman 10 qumbaraatan da daxil olmaqla çoxlu silahla yüklənmiş mikroavtobus ələ keçirilib. Əsir götürülən yaraqlılar arasında Ukrayna vətəndaşları ilə yanaşı Rusiyanın Şimali Qafqaz bölgəsindən olan şəxslər də var.
“Novosti Donbassa” şahidlərə istinadən yazır ki, Donetsk küçələrindən separatçıların hərbi karvanı hərəkət edir. Onların üzərində Rusiya bayrağı qaldırılıb. Karvan 1 BTR-dən, təcili yardım maşısınıdan, yedəyində iriçaplı pulemyotlar quraşdırılmış KamAZ maşınlarından və 2 avtobusdan ibarət olub.
Verxnetoretskoye kəndində separatçılar supermarketi zəbt edərək bildiriblər ki, buradan “xalq ordusunun” ərzaq təhcizatı məntəqəsi kimi istifadə olunacaq.
14:23
28.5.2014
Donbasda Ukrayna hakimiyyətinə qarşı döyüşən yaraqlılar əsasən Rusiyadan və Krımdan gələn, özlərinin dediyi kimi könüllülərdir. Bunlar Əfqanıstanda, Çeçenistanda, Gürcüstanda döyüş təcrübəsi qazanmış hərbçilərdir. Bu günlərdə separatçıların tərəfində vuruşan çeçenlərin Donetskdəki görüntüləri yayılıb. Bəs bu canlı qüvvənin müasir silahlarla təhcizatı necə baş verir? Yaraqlıların rəhbəri, rus zabiti İgor Strelkov etiraf edirb ki, əllərində kifayət qədər silah var və dediyinə görə onu böyük pullara satın alıblar. Zaporojye vilayətində Krımdan Donetskə gedən yükün tərkibi Donbasdakı silahlı hərəkatda Krımın xüsusi rolunu təsdiq edir.