Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Poroshenko birtərəfli atəşkəs vəd edir


Petro Poroshenko və Vladimir Putin
Petro Poroshenko və Vladimir Putin
-
Ukrayna prezidenti Petro Poroshenko Ukraynanın şərqində birtərəfli atəşkəs planını açıqlayıb. O, iyunun 18-də Kiyevdə jurnalistlərə deyib ki, tezliklə «çox qısa» birtərəfli atəşkəs elan olunacaq ki, bu da 10 həftəlik separatçı döyüşlərini dayandırmaq üçün daha geniş planın bir hissəsini təşkil edəcək.

Kreml öncə xəbər yayıb ki, Poroshenko Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində ölkənin şərqində mümkün atəşkəsi müzakirə ediblər. Onlar iyunun 17-də Rusiya dövlət televiziyasının iki jurnalistinin ölümündən də danışıblar.

Rusiyalı müstəntiqlər isə Ukraynanın daxili işlər naziri Arsen Avakov və Dneprepetrovsk regionunun qubernatoru, milyarder Ihor Kolomoyskiy-ə cinayət işi açıldığını bildirir. Onlar dinc sakinlər və jurnalistlərin ölümündə təqsirli bilinir.

POROSHENKO VƏ PUTİN UKRAYNA BÖHRANINA DAİR DANIŞIQLAR APARIB

Ukrayna prezidenti Petro Poroshenko rusiyalı həmkarı Vladimir Putin-lə Ukraynanın şərqində mümkün atəşkəs barədə danışıb. Burada Ukrayna qüvvələri rusiyayönlü separatçılarla toqquşur.

Kremlin məlumatına görə, Poroshenko və Putin iyunun 17-də Rusiya dövlət televiziyasının iki jurnalistinin ölümünü də müzakirə ediblər.

Rus mediası yazır ki, səs mühəndisi Anton Voloshin və müxbir Igor Kornelyuk Luqansk şəhəri yaxınlığında atışmanı işıqlandırarkən atəşə tutulub.

Rusiya xarici işlər nazirliyi bu hadisəni Ukraynanın rusiyayönlü üsyançılara qarşı hərbi əməliyyatının «cinayətkar təbiəti»ni göstərdiyini deyib və Kiyevi araşdırma aparmağa çağırıb.

Ukraynanın şərqində işləyən ATƏT missiyası araşdırma aparmağa çağırıb.

MİSLİ GÖRÜNMƏMİŞ ZORAKILIQ

«Bu ölüm bir daha göstərir ki, Ukraynada münaqişə zonalarında jurnalistlərin qorunması üçün yetərli iş görülmür,» bunu ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic yaydığı bəyanatda deyib.

BMT-nin Təhlükəsizlik Şurası jurnalistlərə qarşı zorakılığın araşdırılmasına çağırıb, müxbirlərin saxlanması və təhdid olunmasından narahatlıq bildirib.

Sərhədsiz Reportyorlar Ukraynada jurnalistlərə qarşı zorakılığın «misli görünməmiş həddə çatdığını» bildirib və hər iki ölüm hadisəsinin araşdırılmasına səsləyib.

Rusiyalı operator Viktor Denisov hücumdan salamat çıxıb.

Ötən ay italyan fotoqraf və onun rus tərcüməçisi Ukraynada həlak olub.

MÜMKÜN TERROR AKTI

Ukrayna rus qazını Avropaya daşıyan kəmərin partladılmasını mümkün «terror aktı» kimi araşdırdığını bildirir.

Daxili İşlər Nazirliyi yaydığı bəyanatda partlayışı «Ukraynanın qaz sektorunda tərəfdaş kimi gözdən salmaq üçün Rusiya tərəfinin son cəhdi» adlandırıb. Partlayışda xəsarət alan olmayıb və qaz axını kəsilməyib.

Partlayış törədilən Urengoy-Pomary-Uzhgorod kəməri Rusiya qazını Ukrayna ərazisindən Avropa Birliyinə çatdıran əsas tranzit marşrutudur.

Öncə Rusiya Kiyevin qazını kəsib, ancaq AB-yə qaz təchizatı davam edir.
XS
SM
MD
LG