SEPARATÇILARI DONETSK-in MERİNİ ÖLÜMLƏ HƏDƏLƏDİLƏR
Donetsk meri Aleksander Lukyanchenko indiyə qədər separatçılarla Kiyev arasında gedən münqaişədən məsafə saxlamağa calışırdı. Dəfələrlə bildirmişdi ki, onun vəzifəsi şəhərin normaı həyatını təmin etməkdir. Həqiqətən onun silahlı adamlarla dolu olan, 2 hakimiyyətliliyin hökm sürüdüyü bir şəhərdə nəqliyyatın, rabitənin, kommunal xidmətlərin işini necə təmin etməsi çoxlarını təəccübləndirirdi. İyulun 14-də bəyanat yayan Lukyanchenko bildirib ki, separatçılar ondan tələb ediblər ki, şəhər rəhbərliyi onların hərbi təhcizatı ilə məşğul olsun, əks halda onu ölümlə hədələyiblər. Donetski tərk edən mer münaqişənin dinc yolla həll olacağına ümud etdiyinid deyib.
ANGELA MERKELİN PUTİNLƏ GÖRÜŞÜNDƏN QƏZƏBLƏNƏN UKRAYNALILAR ONUN FB SƏHİFƏSİNƏ "ÜRƏK SÖZLƏRİNİ" YAZDILAR
Dünya çempionatının finalına baxmaq üçün Brazilyaya gedən Angeal Merkelin Rusiya prezidenti ilə şəxsən görüşməsi Ukraynalıların qəzəbinə səbəb olub. Almaniya kanslerinin FB saytına yazan Ukryanalı istiadəçilər onun bu addımını Stalinlə Hitlerin yaxınlaşmasına bənzədərək yazırlar "Təşəkkür edirik, xanım Ribbentrop". Ribbentrop 1939-cu ildə SSRİ ilə qarşılıqlı etimad sazişini imzalayan Almaniya xarici işlər naziridir.
#Ukrayna ABŞ Rusiyanı Ukraynaya tank göndərməkdə ittiham edir http://t.co/PuFcS2PCB5
— AzadliqRadiosu (@RadioAzadliq) 15.7.2014
#Ukrayna Rusiya 3 keçid məntəqəsinin işini dayandırıb http://t.co/UYxGmuq2GR
— AzadliqRadiosu (@RadioAzadliq) 15.7.2014