-
Arazın o tayından
Zaman Paşazadə
Səsin
Adam ətinə yerikləyən çiçəklərin,
Tumurcuq quyusundan gəlir.
Ağzın, bir siqaretin eni qədər büzülmüş,
Gözlərində, kirpik yerinə dış göyərmiş.
Xortdan heybətinə çevrilmiş heykəlin,
Bir-birinin qarnından çixan gəlinciklər sayaq.
Özündən doğulmuşsan sən
Durmadan doğulur,
Durmadan kiçilir,
Ölüm boyda olmaqdasan.
İpək yollarından çiçək qusuntuları axır,
Və barmaqlar.
Uçuş qanadlarını unudub,
Tranzit yollarında qovrulurlar.
Sənsə,
Təhlükəsizlik kəmərini bağlamış
Bir at qarışqasının sürücüsüsən.
Basırsan qarabasmaların görüntüsünü bağrına,
Arxanı sükan arxasına çevirmişkən.
Sür,
Çap,
Uçurt,
Uç.
Dənizdir burası
Fırtınalı dəniz,
Yelkənlərini aç.
Dərədir burası,
Uçurumlu dərə,
Ayağını iyləcə bas.
Dağdır burası
Nəfəs kəsici dağ,
Qanadlarını aç.
Hə!!
Elə sənsən o tatdan darı alıb
Qanadlanıb
Haq qapısını açmaq istəyən axmaq.
Hə!!
Elə sənsən o haq yolunu itirən
Gicbəsər!
Qar
Qar
Qara yağır
Qara qar yağır
Qar üzərində ağ qarğa...
Iqlim dəyişib ağlım
Yanır cebimin buz dolabina soxulmuş əlim
Yanır dodağımda mahnını dəyişdir sicaqlığında üşüyürəm içəridəki sobanın
Baxanda pəncərədən nə gözəldir içəri, qar yağanda
Bir gözəl oturmuş mahnı işığında kitab toxuyur başa qoymalı
Qardan qorunmalı bir kitab.
Baxanda pəncərədən nə gözəldir içəri, qaranlıqda
Yox bir görüntü ilə qəhvə falının fincanında içildiyində
Oyan məni
Yasdığını çevirib basdır məni yuxunda
Hovuxur ərisin qara basmalı yuxunun dibinə çıxmış qar dənələri.
Qaytar doğallığına hər şeyi,
Qoy ağlığında qalsın qar
Gözəlliyində-qar
Kristallığında- qar
Sonsuzluğunda-qar
Əəəəəəəəəəəh çıxar yalvarıram çıxar! Bu qarğanı beynimdən
Qara qalsa da qar
Qar
Qar
Qar...
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)