Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:08

Türkiyə seçkilərində şeir zopaları - Video


-

Türkiyədəki prezident seçkilərində şeir həm təbliğat vasitəsinə çevrilib, həm də rəqibi “vurmaq” üçün alətə.

İslamçı kəsimin namizədi Erdogan-ın özü kimi tərəfdarları da şeir həvəskarıdır.

Məsələn, Youtube-dakı bu videoda gölhisarlı Süleyman Türel onu belə öyür.

Daha bir videoda isə adı açıqlanmayan bir qadın Erdogan-ı ən sərt tənqid edənlərdən biri, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunu yıxıb-sürüyür:

Durmadan Tayyip'in ardından koşar,

Konuşur konuşur orada şaşar,

Kazdığı kuyuya kendisi düşer,

Senin derdin nedir, Kılıçdaroğlu?

Yataktan kalkarken tersinden kalkar,

Evde suyu bile bulanık akar,

Fırsat bulsa milleti birbirine katar,

Senin derdin nedir, Kılıçdaroğlu?

Facebook ve Twitter-də də yayılan həmin şeir tam şəkildə bu videoda:

Bir neçə gün qabaq isə Erdogan-ın özü seçkiöncəsi çıxışlarının birində əsas rəqibi Ekmeleddin İhsanoğlunun dövlət himninin sözlərini bilmədiyini iddia etmişdi.

“İstiklal marşıyla ilgili öyle bir şey yaptı ki. İstiklal marşını bilmediğini kameraların önünde açık etti. Babanın Mehmet Akif'le olan dostluğunu ilk günden itibaren istismar edeceksin, ama İstiklal marşını bilmeyeceksin. Sana da yazıklar olsun, seni aday gösterene de.”

İhsanoğlunun namizədliyini irəli sürənlərdən biri, Milliyyətçi Hərəkat Partiyasının rəhbəri D.Bahçeli bu sözləri cavabsız qoymayıb.

“Ədəbsizlik başladığı yerdə ədəbiyyat bitər” - Himnin müəllifi, türk dünyasının böyük şairi Mehmet Akif Ersoydan sitat gətirən Bahçeli Erdogan-ı topa tutub. Onu “Vətənə qəsd etməkdə”, Vətən uğrunda şəhid olanların “sümüklərini sızlatmaqda”, ikiüzlülükdə, özünü fələstinlilərə canı yanırmış kimi göstərib, İraq türkmənlərinin əzablarını duymamaqda suçlayıb. Sonda M.Akifdən bu misraları xatırladıb:

Ne ibrettir kızarmak bilmeyen çehren,

bırak kardeşim tahsili;

git önce edep, hayâ öğren.

XS
SM
MD
LG