TVİTTERDƏ DONETSKDƏKİ AĞIR DÖYÜŞLƏRİN ƏKS-SƏDASI
Novbəti dəfə döyüş bölgələrindəki vəziyyət haqda rəsmi mənbələrdən deyil, sosial mediadan xəbərlər yayılır. Bu xəbərlərin həqiqiliyini yoxlamaq qeyri-mümkündür, lakin aylardır davam edən müharibənin ətcrübəsi göstərir ki, uzun müddət susun rəsmi mənbələr sonradan məhz sosial mediadakı xəbərləri təsdiq etməklə məşğuldurlar. Əlbəttə bu media axınından öz məqsədləri üçün istifadə edib, bilərəkdən yalan xəbərlər və saxta görüntülər yayanlar da az deyil. Ona görə, növbəti dəfə Donetskdəki istifadəçilərin "Şəhərdə partlayışlar" postlarına etibar edib ehtimal edirik ki, Donetsk şəhərində döyüşlər davam edir. Burada Ukrayna ordusu şəhərin şimali-qərb və qərb kənarlarında cəmləşiblər. Donetsk aeroportu uğrunda da artıq günlərdi davam edən döyüşlərin nəticələri hələ də məlum deyil.
19-cu əsrdə itirilən torpaqları 21-ci əsrdə geri almaq - qüdrət deyil
“19-cu əsrdə itirilmiş torpaqları geri qaytarmaqla Rusiya 21-ci əsrdə öz qüdrətini nümayiş etdirə bilməz” - Bu sözləri, Obama Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqda deyib. ABŞ prezidenti əmindir ki, Donetk və Luqanskda döyüşənlər "Ruisya tanklarını sürən və Rusiya silahından istifadə edən Rusiya hərbçilərdir". Rusiya prezidentinin nümayəndəsi növbəti dəfə bu ittihamları rədd edib və bildirib ki, Ukraynanın şərqində Rusiya hərbçilərinin iştirakı haqda bəyanatlar faktlara söykənmir.
Monqolustanda səfərdə olan V.Putin isə Ukraynada sülh yaranması üçün təkliflər irəli sürüb. Əsas təkliflərdən biri də, Ukrayna qoşunlarını Donbassdan çıxarır.
Donbassda Rusiyameyllilərin əsas problemi, idoeloji rəngarənglik - kommunistlərlə, Çar Rusiyasının tərəfdarları olan şəxslərin bir cəbhədə birləşməsi nonsensi Putinin bəyanatında da öz əksini tapıb. Rusiya prezidenti Lenini satqın adlandıraraq, Birinci dünya müharibəsində onların Rusiyanın məğlubiyyətini arzuladıqlarını deyib.
NATO Sammitinin əsas mövzusu - Rusiya təhlükəsidir
Uelsdə NATO ölkələrinin sammitində ancaq bu hərbi alyansa daxil olan ölkələrin deyil, NATO ilə əməkdaşlıq edən dövlətlərin də rəhbərləri iştirak edir - ümimilikdə 60 ölkədən nümayəndə var. Sammitin təşkilatçılarından biri Uelsdən Britaniya parlamentinə üzv seçilmiş Dai Havard AzadliqRadiosuna müsahibəsində deyir ki, NATO birbaşa Rusiyanın hərbi müdaxiləsinə deyil, onun "Hibrid müharibə" taktikasına qarşı durmağı öyrənməlidir. Onun fikrincə, Rusiya Baltik ölkələrində məhz bu taktikadn istifadə edə bilər, lakin NATO üzv ölkələrini bu təqdirdə də müdafiə edəcək. Ukrayna ilə bağlı, cənab Havard bildirir ki, bu ölkə NATO üzvü olmadığından alyans ora birbaşa hərbi müdaxilə məsələsini nəzərdən keçirmir. Söhbət hərbi ekspertlərin məsləhətləri, Ukrayna ordusunun yenidən qurulmasına yardım və texniki dəstəkdən gedə bilər. Uels siyasətçisinin sözlərinə görə, BMT Ukrayna ilə bağlı xüsusi qərar qəbul etsə, NATO bu taktikasını dəyişə bilər.
FRANSA RUSİYANI BELƏ CƏZALANDIRIR
Ukrayna münaqişəsindən əvvəl Fransa Rusiya üçün 2 hərbi gəmi tikirdi. Vertolyot və hərbi texnika daşıyan "Mistrall" tipli bu gəmilərdən biri artıq oktyabda Rusiyaya təhvil veriləcəkdi. Sentyabrın 3-də Fransa prezidenti müqavilənin baş tutmayacağını bəyan edib. Bu sifarişi yerinə yetirdiyinə görə Fransa hərbi alyasn üzrə müttəfiqləri tərəfindən kəskin tənqid olunurdu. Krımın ilhqaından sonra Fransa bir neçə dəfə bəyan etmişdi ki, müqavilə yerinə yetiriləcək. Ətraflı burada oxu