Kiyev və Bütün #Ukrayna partriarxı/ #Putin-in iki böyük günahı var: qətl və yalan! #ukraine http://t.co/wumlvGQ2DJ
— AzadliqRadiosu (@RadioAzadliq) 7.9.2014
#Ukrayna-dan son fotolar/ #ukraine http://t.co/euipW4w1so http://t.co/3vy9PkJOrH
— AzadliqRadiosu (@RadioAzadliq) 6.9.2014
Tərəflər bir-birlərini atəşkəsi pozmaqda günahlandırır
Ukraynada rusiyapərəst qüvvələr ötən gün imzalanmış atəşkəsin şərtlərini yerinə yetirmirlər, hökumət ordusunun mövqelərinə və blokpostlarına hücumlar davam edir.
Bu haqda öz «facebook» səhifəsində Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitry Tymchuk yazıb:
«Dünən saat 18:00-dan indiyədək Donetsk aeroportu ərazisində Ukrayna hərbçilərinin mövqelərinə bir neçə hücum cəhdi olub. Separatçılar qumbaraatan və odsaçan sistemlərdən istifadə ediblər. Həmçinin, Popasnaya, Krasnoqorovka, Zolotoye və Novotrotskoye məntəqələrinin yerləşdiyi rayonda Ukrayna qüvvələrinin mövqeləri atəşə tutulub».
Dmitry Tymchuk-un dediyinə görə, Ukrayna qoşunları atəşkəs rejiminə tam əməl edirlər və yalnız mövqelərinə hücum olanda, cavab atəşi açırlar.
«Tam atəşkəs haqqında danışmaq hələ tezdir»
«Ukrayna tərəfi atəşin dayandırılması haqqında sazişi pozur. Amvrosiyevka şənbə günü iki dəfə atəşə tutulub. Atəşin tam dayandırılması barədə danışmaq hələ tezdir».
Bunu «Donetsk Xalq Respublikası»nın baş naziri Alexander Zakharchenko bəyan edib.
Atəşkəs rejimi sentyabrın 5-i Bakı vaxtilə saat 20:00-da qüvvəyə minib. Bu haqda razılaşma Ukrayna böhranının həlli üzrə kontakt qrupunun Minskdə keçirilən növbəti görüşündə əldə olunub.
UMID VƏ ŞÜBHƏLƏRLƏ DOLU UKRAYNA ATƏŞKƏSİ
Ukraynda atəşkəs razılaşması ilk növbədə insan tələfatı zəncirinin qırılması deməkdir. Sentyabrın 5-də Ukrayna vaxtilə saat 18-da qüvvəyə minən razılaşmadan sonra nələr baş verib? Donetskdən gələn xəbərlərə inansaq, şəhərdə bu axşamkı kimi sakitlik uzun müddət idi ki, müşahidə olunmurdu. Daimi artilleriya dueli səhnəsinə çevrilən bu 1 milyonluq şəhərdə bəzi evlərin su təhcizatının da bərpa olunduğu deyilir.
Mariupoldakı Ukrayna hərbçilərin bəziləri atəşkəsə şübhə ilə yanaşırlar: onun işə düşməsindən dəqiqələr əvvəl şəhər ətrafındakı Ukrayna mövqeləri güclü atəşə tutulub. Onlar əmindirlər ki, Novoazovsku ələ keçirən Rusiya və Rusiyameylli hərbçilər onların mövqelərini müəyyənləşdirmək istəyirlər ki, ora raket zərbələri vursunlar.
Ukrayna mediasında işıq sürətilə sabiq Gürcüstan prezidenti Saakashvilinin fikirləri yayılır: Rusiya imzaladığı hər bir atəşkəs razılaşmasından sonra Gürcüstanın ərazisini zəbt edib. Saakashvilinin hələ aprel ayında yazdığı Rusiya ilə razılaşmaya bədbin baxanların əsas arqumentlərindən biridir. İkinci yerdə, Rusiya ilə Ukrayna arasında Krımla bağlı olan razılaşmanın acı aqibətini xatırlayanlardır, yazırlar ki, Rusiya verdiyi vədlərə əməl edən dövlətlərdən deyil.
Rusiya xarici işlər naziri Qərb dövlətlərini Ukraynadakı "neofaşist" hakimiyyətini dəstəkləməkdə günahlandırır. Rusiya təhlüksəzilik qüvvələri də diplomatlar kimi əlləri-əlləri üstə oturmurlar - Estoniyadan sərhədçi zabiti oğurlayıb, onu casusluqda ittiham edirlər. NATO-nun Estoniyanı müdafiə etmək vədindən dərhal sonraya təsadüf edən bu hadisədə "Hibrid müharibənin" yayılması təhlükəsini görənlər az deyil.
BBC-nin müxbiri isə twitterində (bax yuxarıdakı fotoya) yazır ki, ona Novorossiyadan e-mail göndəriblər ki, 2-ci gün "Ukrayna atəşkəsi niyə pozur" mövzusunda mətbuat-konfrasına dəvət ediblər.
AzadlıqRadiosu sentyabrın 6-da hadisələri yaxından izləyəcək. Ukrayna ilə maraqlanırsansa bizim bloqu izləməyi unutma.