19-cu əsrdə itirilən torpaqları 21-ci əsrdə geri almaq - qüdrət deyil
“19-cu əsrdə itirilmiş torpaqları geri qaytarmaqla Rusiya 21-ci əsrdə öz qüdrətini nümayiş etdirə bilməz” - Bu sözləri, Obama Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqda deyib. ABŞ prezidenti əmindir ki, Donetk və Luqanskda döyüşənlər "Ruisya tanklarını sürən və Rusiya silahından istifadə edən Rusiya hərbçilərdir". Rusiya prezidentinin nümayəndəsi növbəti dəfə bu ittihamları rədd edib və bildirib ki, Ukraynanın şərqində Rusiya hərbçilərinin iştirakı haqda bəyanatlar faktlara söykənmir.
Monqolustanda səfərdə olan V.Putin isə Ukraynada sülh yaranması üçün təkliflər irəli sürüb. Əsas təkliflərdən biri də, Ukrayna qoşunlarını Donbassdan çıxarır.
Donbassda Rusiyameyllilərin əsas problemi, idoeloji rəngarənglik - kommunistlərlə, Çar Rusiyasının tərəfdarları olan şəxslərin bir cəbhədə birləşməsi nonsensi Putinin bəyanatında da öz əksini tapıb. Rusiya prezidenti Lenini satqın adlandıraraq, Birinci dünya müharibəsində onların Rusiyanın məğlubiyyətini arzuladıqlarını deyib.
TVİTTERDƏ DONETSKDƏKİ AĞIR DÖYÜŞLƏRİN ƏKS-SƏDASI
Novbəti dəfə döyüş bölgələrindəki vəziyyət haqda rəsmi mənbələrdən deyil, sosial mediadan xəbərlər yayılır. Bu xəbərlərin həqiqiliyini yoxlamaq qeyri-mümkündür, lakin aylardır davam edən müharibənin ətcrübəsi göstərir ki, uzun müddət susun rəsmi mənbələr sonradan məhz sosial mediadakı xəbərləri təsdiq etməklə məşğuldurlar. Əlbəttə bu media axınından öz məqsədləri üçün istifadə edib, bilərəkdən yalan xəbərlər və saxta görüntülər yayanlar da az deyil. Ona görə, növbəti dəfə Donetskdəki istifadəçilərin "Şəhərdə partlayışlar" postlarına etibar edib ehtimal edirik ki, Donetsk şəhərində döyüşlər davam edir. Burada Ukrayna ordusu şəhərin şimali-qərb və qərb kənarlarında cəmləşiblər. Donetsk aeroportu uğrunda da artıq günlərdi davam edən döyüşlərin nəticələri hələ də məlum deyil.
- Kremlin Gürcüstanı parçalamaq planı. - #Ukrayna intellektualları deyirlər ki, Krımı və Donbası sərbəst buraxıb,... http://t.co/JWta2rye2e
— AzadliqRadiosu (@RadioAzadliq) 4.9.2014
MARIUPOL DONETSK OLMAQ İSTƏMİR
Rusiyameylli separatçıların saytlarında xəritə dərc edərək Azov sahilindəki Mariupol şəhərinin mühasirəyə alındığını iddia olunur. Məlumatı dəqiqləşdirmək üçün AzadliqRadiosu Ukrayna xidmətinin müxbiri Dmytro Shurkhalo ilə telefon əlaqəsi saxladıq. Mühasirə xəbərlərini təkzib edən Shurkhalo bildirir ki, Rusiyameylli yaraqlılar anca Rusiya sərhəddi tərəfdən şəhərə 20 kilometrədək yaxınlaşıblar. Şirokino qəsəbəsi yaxınlığındakı cəbhə xəttində mövqe döyüşləri baş verib. Onun sözlərinə görə Mariupolun şimalında, təqribən 60 km-lik məsafədə, Volnovaxa stansiyası Ukrayna ordusunun nəzarətindədir. Qərb istiqamətində, Mariupol-Berdyansk yolunun bağlanmasından sphbət belə gedə bilməz, bunun üçün separatçıların qüvvələri böyük hərbi bir manevr etməlidirlər və belə bir hadisə baş versəydi onun xəbəri dərhal çıxardı. Mariupol şəhərinin mərkəzində Ukraynanın bütövlüyü tərəfdarlarının mitinqi olub, şəhər sakinləri deyirlər ki, Mariupolun Donetskə çevrilməsini istəmirlər.