Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:11

Rus milyarderi ev dustağı edilib


Vladimir Yevtushenkov
Vladimir Yevtushenkov

-

Rusiyanın ən varlı şəxslərindən biri ev dustağı edilib. Vladimir Yevtushenkov şirkətinin səhm alması zamanı pul yuyulmasında iştirakda şübhəli bilinir. AFK Sistema şirkəti Başqırdıstanın «Başneft» neft istehsalçısında pay əldə edib. AFK Sistema bəyanatında bu ittihamları «tamamilə əsassız» adlandırıb və mübarizə aparacağını bildirir.

Rusiya mediası iyunda yazırdı ki, Rusiyanın ən böyük neft şirkəti, «Rosneft» «Başneft»i almaq istəyir. İyulda Moskva məhkəməsi «Başneft»in kapitalını pul yuma istintaqı çərçivəsində dondurub.

«Rosneft»i Prezident Vladimir Putinin qüdrətli köməkçisi Igor Sechin idarə edir.

Rusiya Sənayeçilər Birliyinin rəhbəri Alexander Shokhin deyib ki, Yevtushenkov-un həbsi «şübhəsiz Yukos N 2-yə bənzəyir».

Putinin sözçüsü Dmitry Peskov bu bənzətməni «qeyri-uyğun və əsassız» adlandırıb.

KHODORKOVSKY-DƏN SECHIN AÇIQLAMASI

Keçmiş maqnat Mikhail Khodorkovsky Rusiyanın neft nəhəngi Rosneftin başçısı Igor Sechin-i Rusiyada ən varlı şəxslərdən birinin ev dustağı edilməsində əli olduğunu

Khodorkovsky Vedomosti-yə deyib ki, Sechin-in Bashneft-i almaqla neft istehsalında azalmanı əngəlləmək istədiyinə inanır. Bashneft-in adı AFK Sistema şirkətinin sədri Vladimir Yevtushenkov-un ev dustağı edilməsi işində hallanır.

Khodorkovsky deyib ki, «bu, son 11 ildə ağıllanmayan və daha da xəsisləşən Igor Ivanovich (Sechin)-dir».

Khodorkovsky Sechin-i özünün 2003-cü ildə həbsində və Yukos şirkətinin iflasında ittiham edib.

Khodorkovsky on ildən artıq həbsdə qalıb, ötən dekabrda Putin onu əfv edib. Hazırda İsveçrədə yaşayır. Deyib ki, Putinin Yevtushenkov-un hədəfə alınmasına icazə verdiyinə inanmır, ancaq «o, burnunun ucunda baş verənləri görmür».

Onun sözlərinə görə, bu iş «prezident tərəfdən nəzarətin tamamilə itirdiyini» göstərir.

XS
SM
MD
LG