-
İsveç Akademiyası bu ilki Nobel mükafatlarının veriləcəyi tarixi açıqlayıb:
Azərbaycandan yazıçı, qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylislinin də namizəd olduğu Nobel Sülh Mükafatı sahibini oktyabrın 10-da tapacaq.
Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanıb. Müraciəti dünyanın müxtəlif ölkələrindən olar, yazarlar, alimlər imzalayıblar.
Sülh mükafatına 1986-cı ildə yəhudi-amerikan yazarı Elie Wiesel (yəhudi soyqırımının dəhşətlərini dünyaya çatdırdığı üçün və insan haqları uğrunda mübarizəyə görə), 2010-cu ildəsə çinli yazar-ədəbiyyatşünas Liu Xiaobo (Çində demokratiya insan haqları uğrunda mübarizəyə görə) layiq görülüblər.
Ədəbiyyat üzrə Nobel mükafatının veriləcəyi tarix yaxın günlərdə elan ediləcək.
Digər Nobel laureatlarının adlarının açıqlanacağı günlər:
Fiziologiya və tibb üzrə - 6 oktyabr
Fizika üzrə - 7 oktyabr
Kimya üzrə - 8 oktyabr
İqtisadi elmlər üzrə - 13 oktyabr
Mükafatçıların adları sözügedən günlərdə Bakı vaxtilə 14 00-15 00 arasında elan ediləcək. Mükafatçılar oktyabrda bilinsə də, mükafatlar sahiblərinə dekabrda - Stokholmdakı mərasimdə təqdim olunur. Hər bir laureata 1,2 milyon dollar (əvvəl 1,4 milyon dollar idi) pul mükafatı da verilir.
Ötən 20 ildə Ədəbiyyat üzrə Nobelə layiq görülən yazarlar:
2013
Alice Munro (Kanada)
2012
Mo Yan (Çin)
2011
Tomas Tranströmer (İsveç)
2010
Mario Vargas Llosa (Peru)
2009
Herta Müller (Rumıniya-Almaniya)
2008
Jean-Marie Gustave Le Clézio (Fransa)
2007
Doris Lessing (Böyük Britaniya)
2006
Orhan Pamuk (Türkiyə)
2005
Harold Pinter (Böyük Britaniya)
2004
Elfriede Jelinek (Avstriya)
2003
John M. Coetzee (Cənubi Afrika)
2002
Imre Kertész (Macarıstan)
2001
Sir Vidiadhar Surajprasad Naipaul (Böyük Britaniya)
2000
Gao Xingjian (Çin)
1999
Günter Grass (Almaniya)
1998
José Saramago (Portuqaliya)
1997
Dario Fo (İtaliya)
1996
Wislawa Szymborska (Polşa)
1995
Seamus Heaney (İrlandiya)
1994
Kenzaburo Oe (Yaponiya)
1993
Toni Morrison (ABŞ)
Bu siyahıda diqqət çəkən məqamlardan biri də odur ki, ABŞ və Yaponiya yazarları Nobelə sonuncu dəfə təxminən 20 il əvvəl layiq görülüblər. Bu il həmin ölkələrdən Philip Roth (ABŞ) və Haruki Murakaminin (Yaponiya) adları mükafata real namizədlər kimi hallandırılır.