İŞİDla döyüşə bilən quru qoşunları sıfırdan qurulacaq - Türkiyədə?
"İŞİD ilə quruda döyüşə bilən mötədil Suriya müxalifəti mövcud deyil. Nəticədə Kobanidəki kimi vəziyyət yarananda bizim hadisələrə təsir imkanlarımız məhdudlaşır. Hazırda hava zərbələri öz təsirini göstərsə də, onun davamı kimi qurudan hücum edərək mühasirəyə son qoya biləcək hərbi qüvvələr yoxdur". - Suriyadakı vəziyyəti şərh edən Ağ evin təmsilçisi Josh Earnest jurnalistlərə bildirib və əlavə edib ki, ötən həftənin sonunda ABŞ nümayəndəsi ilə danışıqlar zamanı Türkiyə öz ərazisində Suriya müxalifətinin hərbi təlim keçməsinə və Suriyadakı hərvi əməliyyatlara texniki yardım göstərməyə razılıq verib.
OBAMA İŞİDla UZUN SÜRƏN MÜHARİBƏ OLACAĞINI DEYİR
"Bu, uzunmüddətli bir müharibə olacaq. Onun sürətli həlli yoxdur. Cəlb olunduğumuz və bizim hərbi səylərimizi birləşdirən bu kampaniyanın ilkin mərhələsindəyik. Uğurlu günlərmizlə yanaşı, uğursuz dövlər də olacaq. Biz İŞİDı əzib tamamilə məhv eləmək kimi ümumi məqsəd ətrafında birləşmişik ki, bir daha nə İraq, nə region nə də dünya bu təhlükə ilə üzləşməsin".
Bunu İŞİDlə mübarizə strategiyasını müzakirə edən xüsusi toplantıdan əvvəl ABŞ prezidenti Barack Obama bəyan edib. Onun sözlərinə görə, hazırda İraqın Anbar və Suriyanın Kobani (Aym al Arabia) şəhərində İŞİD hərbi birləşmələrinin hücumları diqqət mərkəzindədir və qeyd edib ki, koalisiya aviasiyasının hava zərbələri davam edəcək.
Oktyabrın 14-də Vaşinqton yaxınlığındakı hərbi bazaya toplaşan 20 ölkənin nümayəndəsi İŞİDla mübarizə yollarını müzakirə edir. Görüşdə Türkiyə, eləcə də ABŞ koalisiyasına qoşulmuş dövlətlər iştirak edir.
Eskpertlər ABŞ-ın İŞİDla mübarizədə Türkiyəyə xüsusi əhəmiyyət veridyini qeyd edirlər. Türkiyə öz növbəsində ancaq İŞİD deyil, həmçinin Assad rejimi ilə mübarizə tərəfdarıdır.
Bilridinmi? İŞİD adını niyə İD-yə dəyişib...
Vaxtilə Əl Qayda şəbəkəsinin İraq qruplaşması kimi fəaliyyətə başlayan radikal islamçılar Suriyada vətəndaş müharibəsinin alovlanması ilə Bashar Assad rejiminə qarşı döyüşlərə qoşuldular. Uzun müddət məhz Suriyadakı döyüşləri ilə yadda qalan bu qruplaşmaya müxtəlif ölkələrdən gələn cihadçılar qoşulurdu. Bu ilin iyun ayında gözlənilmədən İraqın bir sıra böyük şəhərlərini ələ keçirəndən sonra dünya mediası həmin yaraqlıları İŞİD adı ilə təqdim etməyə başladı. Sonradan İŞİD adını İD əvəz etdi. Addəyişmə səbəbini burada oxu
İŞİDla bağlı sənin fikrin nədir?
Oxucumuz yazır ki, (şərhi tam olaraq bloqun altındakı forumda oxumaq olar) 200 minlik Səddam ordusunu məhv edən ABŞ-ın sayca xeyli az olan islamçılara qarşı aciz qalması şübhəli görünür.
Sənin də İŞİDla bağlı fikir və mülahizələrin varsa, forumda yaza bilrəsən.