Milli Şuranın #mitinq-ni əngəlləmək üçün saxta profil yaradılıb, adamları fərqli vaxtda mitinqə çağırırlar http://t.co/PJypA0N7dz
— AzadliqRadiosu (@RadioAzadliq) 9.11.2014
Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər.
Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər. Milli Şuranın təşəbbüsü ilə keçirilən mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkirlər. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandırır, ictimai fəalların həbsi arxasında heç bir siyasi motivin olmadığını bəyan edirlər.
AzadlıqRadiosunun əməkdaşları aksiyanı canlı izləyərək xəbərləri daim yeniləyiblər. Canlı bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Bloqun sonunda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.