Siyasi məhbus Pərviz Həşimlinin qızı atasına azadlıq tələb edir
«AZƏRBAYCANDAN ŞİMALİ KOREYA DÜZƏLDƏ BİLMƏYƏCƏKSİZ!»
Əli Kərimli deyir ki, 12 oktyabrda olduğu kimi bu mitinqlə də həbsdə olanlara sahib çıxırlar, onların arxasız olmadığını göstərmək istəyirlər:
«Azərbaycan hökumətinə mesajlarımız var: Sənin şərləyib tutduğun adamları «cinayətkar» hesab etmirik, əksinə, onları bağrımıza basıb siyasi məhbuslarımıza sahib çıxırıq. Siz bu repressiyaları həyata keçirəndə hesab edirdiz ki, Azərbaycan xalqını susduracaqsız, amma Azərbaycanın müxalifəti də, vətəndaş cəmiyyəti də, Milli Şura da yerindədir. Siz Azərbaycandan Şimali Koreya düzəldə bilməyəcəksiz!»
AZƏRBAYCANDA BELORUSDAN İKİ DƏFƏ ARTIQ SİYASİ MƏHBUS VAR
Əli Kərimli deyir ki, Azərbaycanda Belorusdan iki dəfə artıq siyasi məhbus var: «Orta Asiya ilə müqayisədə bizdə siyasi məhbus daha çoxdur. Amma bu ölkələrdə müxalifət susdurulub. Azərbaycanda isə repressiyalara baxmayaraq, minlərlə adam ayaqdadır, burdadır, meydandadır!»
Əli Kərimli: «Onlar guya bizim mitinqimizə mane olmaq istədilər, mitinq tarixini noyabrın 10-dan 9-na atdılar, amma özləri də bilmədən, Bayraq günündə meydanı bizə verdilər. Bu gün meydan bizimdir, millətin gerçək övladlarınındır».