BİNƏ SAKİNİ MİTİNQDƏ
Mitinqdə iştirak edən Binə sakini Fuad Əliyev AzadlıqRadiosuna müshaibəsində noyabrın 8-də yaşadığı Bınə qəsəbəsində baş verənlərdən danışıb.
Bildirib ki, polisin dünən saxladığı binəlilər hələ də polis idarəsindədir. Onlar yerli icra hakimiyyəti ilə də görüşə bilməyiblər. Fuad Əliyev deyir ki, repressiv rejim dəyişməyincə, o, bütün aksiyalara qatılacaq.
Mitinqdə «Avropa Birliyi ilə Assosiativ saziş imzalansın», «Seçki Məcəlləsi dəyişdirilsin», «Siyasi repressiyalara son qoyulsun» və s. şüarları qaldırılıb.
Mitinq aparıcısı - Əsas odur ki, sizin azadlıq eşqinizin işığı sönməsin!