Tural Mustafayev «Meydan TV»-yə danışıb
Xədicə İsmayıla qarşı CM-nin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Bunu Meydan TV-yə açıqlamasında Tural Mustafayev bildirib.
Onun dediyinə görə, istintaq belə qənaətə gəlib ki, Xədicə İsmayıl onu özünü öldürmə həddinə çatdırıb.
«İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəyəm» - deyə Tural Mustafayev bildirib.
Məhkəmə müşavirəyə yollanıb
Bir azdan qərar açıqlanacaq. Bu haqda AzadlıqRadiosuna vəkil Elton Quliyev məlumat verib.
Prokuror 3 ay həbs istəyib.
Vəkil gəlib
Vəkil Elton Quliyev məhkəməyə gəlib. O, AzadlıqRadiosunun müxbirinə Xədicə İsmayılın həbsi ilə bağlı təqdimatın verilməsini təsdiqləsə də, əlavə heç nə deməyib.
Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb
Dostlarının dediyinə görə, Xədicə İsmayıl dekabrın 5-də səhər saatlarında prokurorluğa çağrılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimata baxılması üçün jurnalist Səbail rayon Məhkəməsinə aparılıb.
Dostları onu da bildiriblər ki, X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb.
Məhkəmə vəkilin iştirakı olmadan davam edir.