Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:04

Xədicənin həbsi 5-14 dekabr xronikası

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:13 5.12.2014
Xədicə İsmayılın həbsi ilə bağlı təqdimat verilib

Jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı təqdimat verilib.

Vəkil Elton Quliyev məhkəmənin onunla bağlı həbs qərarı çıxaracağını ehtimal edir.

Jurnalist ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.

Burada canlı bloq dayandırılır, Xədicə həbsinin növbəti günləriini izləmək üçün bura daxil ol

15:18 5.12.2014

15:45 5.12.2014
Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb

Dostlarının dediyinə görə, Xədicə İsmayıl dekabrın 5-də səhər saatlarında prokurorluğa çağrılıb. Burada prokuror onun həbsi barədə təqdimat verib. Təqdimata baxılması üçün jurnalist Səbail rayon Məhkəməsinə aparılıb.

Dostları onu da bildiriblər ki, X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb.

Məhkəmə vəkilin iştirakı olmadan davam edir.

16:05 5.12.2014
Vəkil gəlib

Vəkil Elton Quliyev məhkəməyə gəlib. O, AzadlıqRadiosunun müxbirinə Xədicə İsmayılın həbsi ilə bağlı təqdimatın verilməsini təsdiqləsə də, əlavə heç nə deməyib.

Davamı

XS
SM
MD
LG