Məhkəmə müşavirəyə yollanıb
Bir azdan qərar açıqlanacaq. Bu haqda AzadlıqRadiosuna vəkil Elton Quliyev məlumat verib.
Prokuror 3 ay həbs istəyib.
Tural Mustafayev «Meydan TV»-yə danışıb
Xədicə İsmayıla qarşı CM-nin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Bunu Meydan TV-yə açıqlamasında Tural Mustafayev bildirib.
Onun dediyinə görə, istintaq belə qənaətə gəlib ki, Xədicə İsmayıl onu özünü öldürmə həddinə çatdırıb.
«İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəyəm» - deyə Tural Mustafayev bildirib.
Xədicə İsmayıl həbs olundu
Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Jurnalist ona qarşı ittihamı (özünüöldürmə həddinə çatdırma) rədd edir, həbsinin qanunsuz olduğunu bildirir.
Bu ittiham yekunda məhkəmənin qərarı ilə də hökmə çevrilsə, Xədicə İsmayıl ən azı 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs edildi.
Səbail rayon Məhkəməsi jurnalist barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Foto indicə çəkilib.
Foto: Ramin Deko