Mətbuat Şurası: «Xədicə İsmayılın işinin obyektiv araşdırılmasını istəyəcəyik»
«Mətbuat Şurası jurnalist Xədicə İsmayılın həbsini diqqətdə saxlayacaq. Biz işin obyektiv araşdırılmasını istəyəcəyik».
Mətbuat Şurasının sədri Əflatun Amaşov bunu AzadlıqRadiosuna Xədicə İsmayılın həbsinə münasibət bildirərkən deyib.
O bildirib ki, məsələnin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəklər:
«Bu məsələ hüquqi müstəvidədir. Biz çalışacağıq ki, baş verən olay qanun çərçivəsində hüquqi müstəvidə həll olunsun. Biz həm də çalışacağıq ki, bu məsələ ilə bağlı ictimaiyyət və jurnalistlər obyektiv informasiya almaq imkanı əldə etsin».
Xədicə İsmayıl Kürdəxanıya köçürülüb
Dekabrın 6-da səhər saat 11-də Xədicə İsmayıl 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Dekabrın 5-də məhkəmə ona 2 aylıq həbs kəsəndən sonra o, Nərimanov rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparılmışdı.
[video] #Khadija #Xədicə İsmayıl bu şəxsin intihar cəhdi ilə əlaqədar həbs edilib... Tural Mustafayev: İstintaq... http://t.co/lfwEG4LYFU
— AzadliqRadiosu (@RadioAzadliq) 5.12.2014
Xədicə İsmayıl fotolarda
Dekabrın 5-də 2 aylıq həbs edilmiş jurnalist Xədicə İsmayılın müxtəlif tədbirlərdə çəkilmiş fotoları.