#khadija ABŞ Dövlət Departamenti Xədicə İsmayılın həbsindən narahatdır http://t.co/xqDCLK76nl http://t.co/uYKlnZDUI2
— AzadliqRadiosu (@RadioAzadliq) 11.12.2014
Xədicənin həbsini yumorla qarşılayanlar
«Siyasi məhbuslar» Azərbaycan səfirliklərini gəzir
Azərbaycanın diplomatik missiyaları qarşısında etiraz aksiyalarından daha biri Tbilisidə keçirilib. «İnsan haqları enerji məsələlərindən vacibdir» şüarını qaldıran aksiya iştirakçıları deyirlər ki, 10 gün əvvəl Kiyevdə Azərbaycan səfirliyi qarşısında siyasi məhbusların azad olunmasını tələb etdik, Azərbaycanda buna jurnalist Xədicə İsmayılın həbsi ilə cavab verdilər.
Front Line Xədicə İsmayılın dərhal azad olunmasını tələb edir
Front Line beynəlxalq hüquq-müdafiə təşkilatı jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən dərhal jurnalisti azad etmək tələb olunur:
“Xədicə İsmayıl nüfuzlu, peşəkar bir jurnalistdir. O, prezidentin ailə üzvlərinin biznesini araşdırıb və məmurların korrupsiya faktlarını üzə çıxarıb. Xədicə araşdırmalarına görə, bundan əvvəldə təzyiqlərə məruz qalmışdı. Son dəfə onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Xədicənin həbsi siyasi sifarişlidir və araşdırmaları ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətindən Xədicə İsmayılı dərhal azadlığa buraxmağı, onun bundan sonrakı fəaliyyətinə mane yaratmamağı tələb edirik”.