Axtarış başladı
Vəkillər Xalid Bağırov və Elton Quliyev gəldikdən sonra Xədicə İsmayılın evində axtarış başlanıb.
AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının dediyinə görə, hal şahidlərinin seçilməsi məsələsində prokurorluq əməkdaşları ilə Xədicə İsmayılın yaxınları arasında mübahisə yaşanıb:
«Vəkillər gələnədək prokurorluq əməkdaşlıqları hal şahidlərini seçmişdilər. Bildirdiklərinə görə, qonşulardandır. Xədicənin yaxınları isə həmin şəxslərin prokurorluğun öz adamları olduğunu bildirdilər. Buna baxmayaraq, anasından başqa hal şahidi kimi, Xədicənin yaxınlarına axtarışda iştiraka icazə verilmədi».
#khadija Baş Prokurorluq jurnalist Xədicə İsmayılın həbsi barədə məlumat yayıb http://t.co/bZWSIpzYhk http://t.co/Ul6oP5WzRz
— AzadliqRadiosu (@RadioAzadliq) 6.12.2014
Axtarış qurtardı
Xədicə İsmayılın evində axtarış başa çatıb.
Ailə üzvlərinin məlumatına görə, prokurorluq əməkdaşları özləri ilə içərisində film olan 50-dək DVD disk, bir modem aparatı götürüblər.
#khadija «Xədicə İsmayıl bu yolla tutulsa, bu, Azərbaycan məhkəmə sisteminin simasızlığı olar» http://t.co/Ewx6LRvDUD http://t.co/T9RhEaRNtc
— AzadliqRadiosu (@RadioAzadliq) 8.12.2014