#khadija Əli Həsənov: «Xədicə İsmayıl konkret cinayət əməlində şübhəli bilinib» http://t.co/0bl8RPaUBH http://t.co/2yUkfcwaj8
— AzadliqRadiosu (@RadioAzadliq) 9.12.2014
«Xədicə İsmayıla aparılan yemək sovqatı təcridxanada qəbul olunmayıb»
Dekabrın 8-də ailə üzvlərinin jurnalist Xədicə İsmayıla apardığı yemək sovqatı Bakı İstintaq Təcridxanasında qəbul olunmayıb.
Bu barədə AzadlıqRadiosuna jurnalist Əfqan Muxtar məlumat verib.
Onun dediyinə görə, ailə üzvlərinə təcridxanadan bildirilir ki, yemək yalnız həftədə bir dəfə qəbul olunur:
«Xədicə İsmayıl mədəsindən əməliyyat olunub, o, xüsusi pəhrizlə yemək yeməlidir. Həm də ona dünən aparılan sovqat yalnız bir gün üçün nəzərdə tutulmuşdu. Bunların heç biri nəzərə alınmadı. Faktiki olaraq Xədicə bu gün ac qalacaq».
Bununla əlaqədar ailə üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməyi düşünür.
#khadija ABŞ Helsinki Komissiyası Xədicə İsmayılın həbsindən dərin narahatdır http://t.co/y9NbHlBnLW http://t.co/0KbX6mHLAJ
— AzadliqRadiosu (@RadioAzadliq) 9.12.2014
#khadija «Nağarajuaaa» Qərb dilində belə səslənir «deeply concerned». http://t.co/AyrqdkrKGQ
— AzadliqRadiosu (@RadioAzadliq) 9.12.2014