Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:15

Xədicənin həbsi 5-14 dekabr xronikası

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

19:40 9.12.2014

Avropa Birliyi Xədicə İsmayılın həbsini pisləyir

Avropa Birliyinin xarici işlər naziri Federica Mogherini bəyanat yayaraq Xədicə İsmayılın həbsini söz azadlığının pozulması adlandırıb. Azərbaycan hakimyyətinə Avropa qarşısında götürdüyü öhdəlikləri xatırladan Mogherini Bakının ATƏT və Avropa Şurasına vəd etdiyi ifadə azadlığını təmin etməyə çağırıb. Ətraflı burada oxu

Avropanın tənqidinə Bakının cavabı

Rəsmi Bakı bəyanata mediayaya yeni təzyiqlə cavab verir. Xədicənin həbsinə səbəb olan Tural Mustafayevdən müsahibə götürdüklərinə görə, jurnalistlər prokurorluğa çağılıb. Ətraflı burada oxu

17:56 10.12.2014


Front Line Xədicə İsmayılın dərhal azad olunmasını tələb edir

Front Line beynəlxalq hüquq-müdafiə təşkilatı jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən dərhal jurnalisti azad etmək tələb olunur:

“Xədicə İsmayıl nüfuzlu, peşəkar bir jurnalistdir. O, prezidentin ailə üzvlərinin biznesini araşdırıb və məmurların korrupsiya faktlarını üzə çıxarıb. Xədicə araşdırmalarına görə, bundan əvvəldə təzyiqlərə məruz qalmışdı. Son dəfə onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Xədicənin həbsi siyasi sifarişlidir və araşdırmaları ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətindən Xədicə İsmayılı dərhal azadlığa buraxmağı, onun bundan sonrakı fəaliyyətinə mane yaratmamağı tələb edirik”.

18:39 10.12.2014
«Siyasi məhbuslar» Azərbaycan səfirliklərini gəzir

Azərbaycanın diplomatik missiyaları qarşısında etiraz aksiyalarından daha biri Tbilisidə keçirilib. «İnsan haqları enerji məsələlərindən vacibdir» şüarını qaldıran aksiya iştirakçıları deyirlər ki, 10 gün əvvəl Kiyevdə Azərbaycan səfirliyi qarşısında siyasi məhbusların azad olunmasını tələb etdik, Azərbaycanda buna jurnalist Xədicə İsmayılın həbsi ilə cavab verdilər.

«Siyasi məhbuslar» Azərbaycan səfirliklərini gəzir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Davamı

XS
SM
MD
LG