#khadija Vəkil: «Xədicə İsmayılın yazışmalarına və görüşlərinə nəzarət edilir» http://t.co/DdESZAda3V http://t.co/y0ILpzU6Aq
— AzadliqRadiosu (@RadioAzadliq) 24.12.2014
Azər Qasımov İsrail qəzetlərinin yazdıqlarını şərh edir
«İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır». Ətraflı burada oxu
#khadija İsrail qəzeti Xədicə İsmayılın həbsindən yazdı http://t.co/37LNwyTYrq http://t.co/244Di3pqNH
— AzadliqRadiosu (@RadioAzadliq) 20.12.2014
Azərbaycan korrupsiyası Xədicəyə qarşı
"Sizin ailənin var-dövləti haradan qaynaqlanır?" - ABŞ jurnalistinin bu sualına Azərbaycan prezidentinin qızı cavab verir: "Mənim öz biznesim var". Jurnalistə söhbətin hansı biznesdən getdiyini aydınlaşdırmaq mükün olmur. Azərbaycanda hamının qaçdığı bu suallara Xədicə işıq salır: xarici firma kimi təqdim olunan və dövlət büdcəsi hesabına iş görən 10-larla gizli şirkətin məhz Əliyevlərə aid olduğu haqda faktlar tapır. Xədicə "xarici" şirkətlərin fırıldaqlarına, hakimiyyət isə Xədicənin şəxsi həyatına müdaxilə edir. Bu qarşıdurma araşdırmaçı jurnalistin həbsi ilə nəticələnir. Videofakt proqramı Xədicəni həbsxanaya aparan yola qısa nəzər salır