Yeni il təbrikinə görə Xədicə İsmayıla xəbərdarlıq olunub
Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Xədicə İsmayıla xəbərdarlıq olunub. Bu haqda AzadlıqRadiosuna dekabrın 15-də onunla görüşən vəkil Fariz Namazlı məlumat verib. Vəkilin bildirdiyinə görə, xəbərdarlığa səbəb Xədicə İsmayılın bir neçə gün öncə mətbuatda yayılan Yeni il təbriki məktubu olub:
«Təсridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olub. Təbrik məktubu ilə bağlı ondan izahat da alınıb. Xədicə İsmayıl məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşdığını bildirib. O izahatında bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsuli ilə çatdırıb. Bundan sonra Xədicə xanımın saxlandığı kameraya gələn təcridxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya Xədicə İsmayıla tədricxana rəhbərliyinə qeyri-qanuni tələblər irəli sürüb. Xədicə xanım xəbərdarlığı imzalamaqdan imtina edib».
#khadija Fransa Xarici İşlər və İnkişaf Nazirliyi X. İsmayılın həbsi ilə bağlı bəyanat verib http://t.co/gt0grLhHmX http://t.co/844co1y7Ls
— AzadliqRadiosu (@RadioAzadliq) 15.12.2014
Oguzdan Yaşar forumda Xədicəyə yazır
Xədicə xanım, olmazıdmı ki, özünə normal həyat qurardın? Axı sənin kimi 3-5 adamın etirazıyla olmur bu işlər. Bu hakimiyyət köklərini torpağın dərinliklərinə pərçimləmiş bir qoca palıddır. Sizin mübarizə 3-5 adamın əlinə bıçaq alıb o palıdı kəsməyinə bənzəyir.
Sən nə fikirləşirsən? Həqiqətənmi Xədicə Don-Kixotluq edir? Foruma qoşul, fikirlərini bölüş, Xədicəyə sual, mesaj göndər.
10 gündür #Khadija həbsdədir. 10 gündür "mən bala saxlayıram" deyənlər, rahatca "başqa balaların" çörəyinə bais olur http://t.co/kqk9owhlnA
— AzadliqRadiosu (@RadioAzadliq) 15.12.2014