#khadija Ombudsman Aparatı əməkdaşları Xədicə İsmayılla görüşüblər http://t.co/1dte5L6QXv http://t.co/QYBuy0S1ZT
— AzadliqRadiosu (@RadioAzadliq) 17.12.2014
ABŞ rəsmisi Xədicənin həbsinə münasibət bildirir
Xədicəni və vətəndaş cəmiyyəti fəallarını həbs etməklə Azərbaycan Amerika ilə münasibətlərini təhlükə altına qoyur. Bu fikri ABŞ Dövlət katibinin yardımçısı Tom Malinoski səsləndirib. AzadlıqRadiosunun rusdilli Nastoyasheye Vremya TV proqramına müsahibəsində ABŞ rəsmisi bildirib ki, məsələ ilə bağlı ən yüksək səviyyədə Azərbaycan rəsmiləri ilə danışıqlar aparılır.
Xədicənin dərhal və qeyd-şərtsiz azad olunması tələbi
Xədicəni vicdan məhbusu elan edən Amnesty İnternational Azərbaycan prezidentinə və baş prokurora məktub kampaniyasına çağırır. Xədicənin siyasi motivlərlə həbs olunduğunu bildirən Aİ qeyd edir ki, jurnalistin vəkilinin də lisenziyası əlindən alınır. Təşkilat prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova məktub göndərək Xədicənin dərhal və şərtsiz azad olunmasını tələb etmək təşəbbüsünü irəli sürür.
Əli Həsənov "qırmızı xətt" məsələsini hardan götürüb?
ABŞ rəsmisinin TV müsahibəsinə reaksiya verən Azərbaycan prezident aparatının şöbə müdiri Əli Həsənov Azərbaycan-Amerika münasibətlərinin jurnalistlər və QHT-lər tərəfindən pozulduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti demokratiya, insan haqları, söz və mətbuat azadlığına sadiqdir.
Əli Həsənov Mediaforuma verdiyi şərhdə "qırmızı xəttdən" danışır. Sayt onun sözlərini ABŞ Dövlət katibinin yardımçısı Tom Malinowskinin Xədicə ilə bağlı şərhinə cavab kimi təqdim edir. Lakin məsələ burasındadır ki, AzadlıqRadiosunun rusdilli Nastoyasheye Vremya teleproqramına verdiyi müsahibədə ABŞ rəsmisi belə bir termin ümumiyyətlə işlətməyib.
Malinowski bildirib ki, Xədicə də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının azad olunmasını istəyir və belə həbslər Azərbaycan Amerika münasibətlərini təhlükə altına qoyur.
Əli Həsənovun "qırmızı xətt" deməklə nəyə işarə etdiyi aydın deyil. Yazını burada oxyub özün nəticə çıxar.