Bələdiyyə seçkisindən yadda qalanlar...
Hər eynəkdən bir cür görünən bələdiyyə seçkiləri elə müxtəlif fikirlər, açıqlamalar, görüntülərlə yadda qaldı. Rəsmilər seçki şəffaflığına şəkk etməsə də, qanun pozuntuları diqqətdən qaçmırdı.
YAP üzvü seçkinin saxta keçirildiyini deyir
«Şamaxının Quşçu kəndində seçki tam saxta keçirildi. Kim tapşırılıbsa, onlara da səs yazdılar». Ətraflı burada
#belediyye Masallı sakini: «Polis seçki qutularını oğurlayıb» http://t.co/QSrh3ZCY5n http://t.co/HugemzAivP
— AzadliqRadiosu (@RadioAzadliq) 24.12.2014
«Qutular «karusel» hesabına doldurulub»
MSK sədri sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan videoların araşdırılacağını deyir. Ətraflı burada