Terrora münasibətin tvitter mənzərəsi
"Charlie Hebdo" jurnalına olan hücumdan sonra Twitter-də "Je suis Charlie" - Mən də Carlie-yəm haştaqı yaradıldı və qısa müddətdə sosial şəbəkənin ən populyar haştaqına çevirildi. Reuters agentliyinin yaydığı infoqrafikada haştaqın dünyada yayılması dinamikasını vuzal olaraq müşahidə etmək olar. İnfoqrafikdə Azərbaycanın da tvitter trendinə qoşulma intensivliyini izləmək olar. Avropada qədər "parlaq" olmayan bu intensivliyi istər Azərbaycanda tvitterin o qədər də populyar olmaması, istərsə də baş verən terrora Azərbaycan istifadəçilərinin Avropadan fərqli yanaşması ilə izah etmək olar.
Avropa liderləri sükut yürüşündə
Yanvarın 11-də Parisdə keçirilən Birlik yürüşündə 2,5 milyon adamın iştirak etdiyi bildirilir. Yürüş-mitinqin Fransa tarixinin ən izdihamlı kütləvi toplantısı olduğu deyilir. Yürüşə Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Ukrayna və sair dövlətlərin rəhbərləri də qoşularaq radikal islamçıların Şarl Hebdo satirik jurnalına hücumunu pisləyiblər.
Bu mərasimə Ərəb Liqasının rəhbərləri, Afrikanın müsəlman liderləri və Türkiyənin baş naziri Ahmet Davutoğlunun da qatılacağı gözlənilir.
Ötən gün ərzində Fransa paytaxtı güclü polis və təhlükəsizlik nəzarətində olub. Fransanın Daxili İşlər Nazirliyi bildirir ki ötən gecə bütün ölkə boyunca keçirilən yuxusuz yadetmə mərasimlərinə 700 min insan qatılıb.
Terror şübhəlisi olan qadın Türkiyədən Suriyaya keçibmi?
Paris terroruna görə axtarılan Hayat Boumeddiene bir müddətdir ki, Türkiyədədir. Bu haqda polisdəki mənbələrinə istinadən Frans-press xəbər verir.
Hayat Boumeddiene Fransadakı hadisələr zamanı adı şübhəlilər arasında ən çox hallandıran 4 nəfərdən biridir. Digər 3 nəfərin girov götürdükdən sonra polis tərəfindən öldürüldüyü halda, Hayat Boumeddiene-nin hadisələrə aidiyyatı hələ də qaranlıq olaraq qalır.
Şarl #Hebdo qətliamı dəqiqəbədəqiqəhttp://t.co/6afbB6JWQl
— AzadliqRadiosu (@RadioAzadliq) 9.1.2015