Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:34

Fransada terror hücumlarının xronologiyası

Fransada satirik jurnala silahlı basqın edən terrorçuların intensiv axtarışından sonra 2 yerdə növbəti qanlı qarşıdurma baş verdi. Girov götürən terrorçular öldürüldülər

Yanvarın 7-də Fransada satirik jurnala silahlı basqın edən terrorçuların 12 nəfəri qətlə yetirəndən sonra aradan çıxdılar. Hadisədən 2 gün sonra təhlükəsizlik qüvvələri Parisin şimal-şərqində və mərkəzdən cənubi-şərqə dinc insanları girov götürən şübhəliləri alıb. Danışıqlar nəticəsiz qalandan sonra hər 2 yerdə hücuma kecən polis 3 şübhəli şəxsi öldürüdü. Atışma zamanı 4 girov götürülmüş şəxs də həlak olub.

Yanvarın 11-də Parisdə keçirilən "Birlik yürüşündə" yüz minlərlə adam iştirak edib. Yürüşdə Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin dövlət və hökumət başcıları iştirak edib.

AzadlıqRadiosu Fransadakı dramatik hadisələri izləyərək canlı bloqu daim son xəbərlərlə yeniləyib. Hadisələrin gedişini xronoloji ardıcıllıqla yerləşdirilən postlardan izləmək olar, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

14:21 9.1.2015

.

Fransadan Reuters agentliyinin canlı yayımını BURADA İZLƏ:

15:06 9.1.2015

TERROR ŞÜBHƏLİLƏRİ GİROV GÖTÜRÜBLƏR

Parisin şimal-şərqində, Dammartin-en-Goele sənaye zonasındakı mətbəədə girov draması. Havada təhlküəsizlik qüvvələrinin vertolyotu fırlanır
Parisin şimal-şərqində, Dammartin-en-Goele sənaye zonasındakı mətbəədə girov draması. Havada təhlküəsizlik qüvvələrinin vertolyotu fırlanır


Fransa polisi AP bildirib ki, terrorda şübhəli bilinən şəxslər girov saxlayır. Qərb jurnalistləri sosial mediada yazırlar ki, təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar. Hadisə yerində çoxlu polis maşınları ilə yanaşı təcili yardım maşınları da cəmləşib.Paris yaxınlığındakı qəsəbədəki mətbəədə gizlənən şəxslərin yanvarın 7-də Şarli Hebdo jurnalına hücum edənlərin olduğu bildirilir. Qəsəbə merinin müavini deyib ki, girob götürənlər ölümə gedəcəklərini elan ediblər. Rəsmi mənbələr

16:01 9.1.2015

.

Şübhəli qardaşlar mühasirədə

Fransanın şimal bölgəsinə polis dəstələri toplaşıb. Həmin ərazidə Fransanın satirik jurnalına hücum edənlərin olduğu və ən az bir nəfərin girov götürüldüyü güman edilir. LİVE TV-nin bildirdiyinə görə polis Dammartin-en-Goele-dəki həmin şəxslərlə danışıqlar aparır.

Fransa Daxili İşlər Nazirliyinin sözcüsü polisin terrorda şübhəli bilinən qardaşları mühasirəyə aldığını bildirir.

Fransanın Daxili İşlər naziri Bernard Cazeneuve da bildirib ki, polis həmin iki qardaşı “neytrallaşdırmaq” istiqamətində əmliyyatlar aparır.

Associated Press bildirir ki, rəsmilər qarşıdurma ərazisinin yaxınlığındakı Charles de Gaulle hava limanının iki uçuş və eniş zolağını bağlayıblar.

Həmin ərazidəki məktəblər bağlanıb, sakinlərə evlərindən çıxmamaq və işıqları sönülü saxlamaq tapşırılıb.

Bu səhər Kouachi qardaşlarının avtomobilini təqib edib və atışma olub. Ayın 9-na olan ilkin məlumatlara atışmada insan tələfatı olmayıb. Şübhəlilərin isə azı bir nəfəri girov götürdüyü bildirilir.

Yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.

Bu hücumu Cherif və Said Kouachi qardaşlarının törətdiyi ehtimal olunur.

Əslən Əlcəzairdən olan qardaşlar Parisdə doğulublar.

Cherif 2008-ci ildə terrorçuluq ittihamı ilə məhkum olunub.

Davamı

XS
SM
MD
LG