Prezident qabaqlayıcı tədbirlər görüldüyünü bildirir
Yanvarın 9-da Fransa prezidenti Francois Hollande mediaya bəyanatla çıxış edib:
“Biz belə hadisələrin təkrarlanmasını önləmək üçün tədbirlər görməliyik. Bilirik ki, təkrarlanma ola bilər. Biz dekabrda xüsusilə ciddi hadisələr gördük. Fərqindəyik ki, bəzi şəxslər aranı qatmaq üçün bəzilərinin fikrrini başqa istiqamətlərə yayındırmağa çağlışır” – deyə Fransa prezidenti bildirib.
Fransada 2 günlük terror dramı
Yannvarın 7-də Parisdə satirik Şarli Ebdu qəzetinin redaksiyasına edilmiş silahlı hücumla, bir gün sonra Parisin Monruj rayonunda törədilən qətl arasında bağlılıq aşkar edilib.
Fransada yeni silahlı hücum olub
Yanvarın 9-da Fransada yeni silalı hücum törədilib.
Naməlum silahlı adam ölkənin şimal-şərqində Koşer ərzaqları satılan mağazanı atəşə tutub.
İlkin məlumatlara görə 1 nəfər yaralanıb.
AzadlıqRadiosunun müxbiri 5 nəfərin girov götürüldüyünü deyir.
Polis hesab edir ki, bu yanvarın 8-də Paris ətrafında polis əməkdaşını öldürən yaraqlıdır.