Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:31

Fransada terror hücumlarının xronologiyası

Fransada satirik jurnala silahlı basqın edən terrorçuların intensiv axtarışından sonra 2 yerdə növbəti qanlı qarşıdurma baş verdi. Girov götürən terrorçular öldürüldülər

Yanvarın 7-də Fransada satirik jurnala silahlı basqın edən terrorçuların 12 nəfəri qətlə yetirəndən sonra aradan çıxdılar. Hadisədən 2 gün sonra təhlükəsizlik qüvvələri Parisin şimal-şərqində və mərkəzdən cənubi-şərqə dinc insanları girov götürən şübhəliləri alıb. Danışıqlar nəticəsiz qalandan sonra hər 2 yerdə hücuma kecən polis 3 şübhəli şəxsi öldürüdü. Atışma zamanı 4 girov götürülmüş şəxs də həlak olub.

Yanvarın 11-də Parisdə keçirilən "Birlik yürüşündə" yüz minlərlə adam iştirak edib. Yürüşdə Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, Türkiyə, Ukrayna və digər ölkələrin dövlət və hökumət başcıları iştirak edib.

AzadlıqRadiosu Fransadakı dramatik hadisələri izləyərək canlı bloqu daim son xəbərlərlə yeniləyib. Hadisələrin gedişini xronoloji ardıcıllıqla yerləşdirilən postlardan izləmək olar, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

18:07 9.1.2015

Charlie Hebdo-nun sağ qalan əməkdaşları “Liberation” qəzetində oturacaqlar

Fransanın “Liberation” qəzeti hücuma məruz qalmış “Charlie Hebdo” satirik dərgisinin əməkdaşlarınına öz ofislərində yer vermək qərarına gəlib. Bu barədə qəzetin redaktoru redaktoru Pierre Fraidenraich yanvarın 9-da məlumat verib:

“Bu bizim üçün təbiidir. Uzun müddət “Charlie Hebdo” və “Liberation” qardaş kimi olub. Bu, məsləkdaşlıq, birlik kimidir. 2011-ci ildə, onlara olan son hücumdan sonra biz həmkarlarımızı məmnuniyyətlə qəbul etmişdik. Yenə də onlar burada bizimlə istədikləri qədər qala bilərlər. Bir il, iki il olsun, heç bir problem deyil. Mənim ən yaxşı arzum isə yeni bina tapmalarıdır.”

Yanvarın 7-də silahlı şəxslər “Charlie Hebdo” satirik dərgisinin ofisinə hücum edərək orada 12 əməkdaşı öldürüblər.

18:30 9.1.2015

İŞİD adından açıqlama iddiası

İŞİD-ə yaxın olduğu iddia edilən Twitter hesabında Fransadakı terror hadisəsi dəstəkənir.

IŞİD adından “Bu hadisə Hz. Məhəmməd adına edildi, təbrik edirik” twitti yazılıb.
19:01 9.1.2015

Parisdə mağazada daha 2 nəfər öldürülüb

Bağışlayın, hazırda bu bölmə işləmir.

Fransa polisi ölkənin şərqində, yəhudi ərzaq dükanında 5 nəfəri girov götürən 2 yaraqlının adlarını açıqlayıb.

Onlardan birinin 32 yaşlı Amedy Caulibali (Amedi Kulibali), digərinin isə 26 yaşlı qadın Hayat Boumeddiene ( Hayat Bumedin) olduğu bildirilir.

Həmin qadın da yanvarın 8-də Parisin cənubunda polis əməkdaşının qətlində şübhəli bilinir.

Polis onların silahlı və çıx təhlükəli olduğunu deyir.

Frans Press agentliyinin rəsmi mənbələrə istinadla mağazada azı 2 nəfərin öldürüldüyünü xəbər verir.

Onların yanvarın 7-də Parisdə Şarli Ebdu jurnalına silahlı hücum edən Cherif və Said Kouachi qardaşları ilə eyni qurupun üzvləri olduqları bildirilir.

Davamı

XS
SM
MD
LG