AzadliqRadiosunun müxbiri cəbhə xəttindən xəbər verir
Radiomuzun Ukrayna xidmətinin əməkdaşı Levko Stek Donetsk yaxınlığında, son günlər ən ağır döyüşlərin getdiyi Debaltsevoda olub. Xəritədə göründüyü kimi, bu istiqamətdə Ukrayna ordusunun mövqeləri Luqansk və Donetsk arasında separatçıların nəzarətində olan ərazilərə girir. Bu günlərdə separatçılar elan etdilər ki, Donetsk aeroportu istiqamətindən hücuma keçərək Ukrayna qoşunlarını mühasirəyə alacaqlar. Levko Stek deyir ki, əslində hücum başqa istiqamətdəndir, rusiyameylli yaraqlılar Baxmutka şossesindəki (Luqansk istiqamətindən) bir neçə Ukrayna blok-postunu alıblar. Xəbər verilir ki, bu istiqamətdə separatçılar döyüşə xeyli tank və hərbi texnika atıblar. Lakin Ukrayna ordusunun İlovaysk qazanı kimi mühasirə təhlükəsi çox da böyük deyil, Levko Stek deyir ki, bu istiqamətdə Ukrayna ordusunun da hərbi texnikası az deyil və hesab edir ki, ağır döyüşlər xeyli çəkə bilər. Onun Debaltsevo yaxınlığındakı tank döyüşündən dramatik kadrlarına burada bax.
Ukrayna NATO-ya tələsir
Ukrayna NATO-ya müraciət edib ki, qarşılıqlı əlaqələrə cavabdeh olan komissiyanın növbədənkənar toplantısı keçirilsin. Səbəb Donbasdakı münaqişənin yenidən qızışmasıdır. Ukraynanın NATO-dakı missiyasının rəhbər müavini Yegor Bojok deyib ki, komissiyanın iclasının yanvarın 26-da keçiriləcəyi gözlənilir.
Mariupol hücumunu təşkil edənlərdən birinin adı nə vaxt açıqlanacaq?
Moskva heç başsağlığı da vermir.
BMT Mariupol qətnaməsinin qarşı belə alındı
Ukrayna ordusu separatçıların tank hücumunu belə dəf edir
Mariupolda dinc sakinlərin həlak olması DNR separatçılarının bütün cəbhə boyu elan etdikləri hücumla eyni vaxta düşdü. Yanvarın 23-də Rusiyameylli yaraqlıların lideri elan etmişdi ki, Mariupol şəhərinə də hücum edəcəklər. Faciə baş verəndən sonra dediklərindən imtina etsə də, yanvarın 24-ü həqiqətən də bütün təmas xətti boyunca ağır döyüşlər olub. Ukrayna xidmətnin yaydığı bu görüntülər Debaltsevo yaxınlığında Ukrayna mövqelərinə hücum zamanı çəkilib