Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:05

Donbas müharibəsinin xronikası 24-25 yanvar

_

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

- Yanvarın 24-də Ukraynanın Mariupol şəhəri güclü "Qrad" atəşinə tutulub. Yaşayış massivinə düşən reaktiv mərmilərdın 100-dən artıq adam yaralanıb və həlak olub


- Atəşkəs təkliflərini rədd edən Donetsk separatçıları Mariupol şəhəri də daxil olmaqla bütün Donetsk vilayətini ələ keçirəcəklərini elan edirlər

- Xarici səfərini yarımçıq qoyub təcili Ukraynaya qayıdan prezident Petro Poroshenko bəyan edib ki, Ukrayna ordusu separatçların hücumlarına cavab verəcək.

- ATƏT müşahidəçiləri Mariupolun separatçıların mövqelərindən atəşə tutulduğunu bildirib. Separatçılar iddia edirlər ki, Qrad mərmilərini şəhərə Ukrayna ordusunun Berdyanskdakı batareyaları atıb.

- Donetsk vilayətinin separatçılarla Ukrayna ordusunun bütün cəbhə xətti boyunca ağır döyüşlərin getdiyi bildirlir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Ukrayna baş naziri Arseniy Yatsenyuk BMT Təhlükəsizlik şurasının təcili iclasının çağırılmasını istəyib.

Donetsk separatçıları mərmilərin yaşayış binalarına dəydiyini biləndə Mariupola hücum planlarının olmadığını bəyan ediblər. Bir gün əvvəl Mariupol da daxil olmaqla Donetsk vilayətinin digər şəhərlərinə də hücumlar haqda danışan separatçı DNR lideri Zakharchenko deyirdi ki, Donetskdə dinc insanların qırılmasına ən yaxşı cavab Ukrayna ordusunun əlində olan bütün Donbass ərazilərinin ələ keçirilməsi olacaq.

Qrad atəşinin registrator görüntüləri

Yanvarın 24-də axşam sosial şəbəkələrdə yayılan videolar Qrad mərmilərinin Mariupoldakı yaşayış massivinə düşdüyünü göstərir.

Poroshenko DNR və LNR-i terrorçu təşkilatlar siyahısına təklif edir

ABŞ, Avropa Briliyi, NATO, BMT-nin baş katibi Mariupolun atəşə tutulmasını pisləyiblər. BMT TŞ hadisə ilə bağlı bəyanatın mətni ətrafında razılığa gələ bilməyib. Britaniya səfiri mətnə DNR liderlərinin bəyanatlarının pislənməsi haqda müddəalar təklif edib. Rusiya nümayəndəsi buna etiraz edib.

Ukrayna prezidenti Petro Poroshenko təklif edir ki, Donetsk və Luqansk vilayətlərində separatçıların yaratdıqları DNR və LNR terror təşkilatları siyahısına daxil edilsin.

Yulia Tymoshenko
Yulia Tymoshenko

Müxalifət Donbasda hərbi vəziyyət elan edilməsini istəyir

Ukraynanın keçmiş baş naziri, "Batkivshina" Partiyasının rəhbəri Yulia Timoshenko və Radikal Partiyanın sədri Oleg Lyashko eyni bəyanatla çıxış ediblər.

Onlar Luhansk və Donetsk vilayətləri ərazisində hərbi vəziyyət elan olunmasını tələb edirlər.

Lyashko bildirib ki, bu təkliflə bağlı parlamentin fraksiya rəhbərlərinin prezident Poroshenko ilə görüşünün təşkilinə çalışacaq.

Davamı

XS
SM
MD
LG