Poroshenko DNR və LNR-i terrorçu təşkilatlar siyahısına təklif edir
ABŞ, Avropa Briliyi, NATO, BMT-nin baş katibi Mariupolun atəşə tutulmasını pisləyiblər. BMT TŞ hadisə ilə bağlı bəyanatın mətni ətrafında razılığa gələ bilməyib. Britaniya səfiri mətnə DNR liderlərinin bəyanatlarının pislənməsi haqda müddəalar təklif edib. Rusiya nümayəndəsi buna etiraz edib.
Ukrayna prezidenti Petro Poroshenko təklif edir ki, Donetsk və Luqansk vilayətlərində separatçıların yaratdıqları DNR və LNR terror təşkilatları siyahısına daxil edilsin.
Qrad atəşinin registrator görüntüləri
Yanvarın 24-də axşam sosial şəbəkələrdə yayılan videolar Qrad mərmilərinin Mariupoldakı yaşayış massivinə düşdüyünü göstərir.
Ukrayna baş naziri Arseniy Yatsenyuk BMT Təhlükəsizlik şurasının təcili iclasının çağırılmasını istəyib.
Donetsk separatçıları mərmilərin yaşayış binalarına dəydiyini biləndə Mariupola hücum planlarının olmadığını bəyan ediblər. Bir gün əvvəl Mariupol da daxil olmaqla Donetsk vilayətinin digər şəhərlərinə də hücumlar haqda danışan separatçı DNR lideri Zakharchenko deyirdi ki, Donetskdə dinc insanların qırılmasına ən yaxşı cavab Ukrayna ordusunun əlində olan bütün Donbass ərazilərinin ələ keçirilməsi olacaq.