Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:50

“Məni ən çətin günlərimdə dəstəklədi”


Orhan Pamuk
Orhan Pamuk

-

“Günter Grass magik realizmin təşəkkül tapmasına və Marquez-in yaradıcılığına təsiri olmuş bir yazar idi. Yaşayan ən böyük alman yazarıydı”.

Bunu türk romançısı Orhan Pamuk aprelin 13-də vəfat etmiş Nobel mükafatlı yazıçı Günter Grass haqda deyib:

“Təbii ki, mən Günter Grass-ı “Tənəkə təbil” çap olunandan, 70-ci illərdən bəri tanıyıram…

2010-un aprelində Avropa üzərində bir kül buludu vardı və təyyarələrin Avropa üzərində uçuşu dayandırılmışdı.

O günlərdə Grass İstanbuldaydı və orada planladığından çox qaldı.

Biz hər axşam görüşər, kafelərə gedər, içər, içər, danışardıq…

Çətin günlərimdə məni imza kampaniyalarıyla dəstəkləmiş, xoş niyyətli, açıq, önyarğısız, çox istiqanlı, səmimi bir dost idi. Atam yaşına yaxın yaşda idi, məndən bir nəsil böyük idi, amma çox dostcasına mehriban bir insan idi.

Günter Grass-ın gəncliyində mənim kimi rəssam olmaq istəməsi, hələ də rəsm çəkməsi, emalatxanasının olması məni həyəcanlandıran və siyasətdən kənar müzakirə etdiyimiz mövzulardan idi.

Rəssam olduğuna görə Günter Grass vizual düşünə bilən bir yazar idi. Mövzusu nə qədər amansız, sərt və siyasi olursa-olsun, hekayənin yazarın yaradıcı yanaşmasına əsaslanmasını öyrətdi bizə”.

“Hurriyet”ə istinadla OxuZalı

XS
SM
MD
LG