"Xarici valyutada götürülmüş kreditlərin əsirləri" (Mitinq)
Rusiyada xarici valyuta ilə ipoteka krediti götürmüş 70 mindən çox insan yarım ildən artıqdır ki, hökumətdən kömək istəyir. Rublun məzənnəsi kəskin düşdüyü üçün onların bir çoxunun banklara borcu bir neçə dəfə artıb. İstənilən an küçəyə atıla biləcək belə insanlardan bir qrupu eşidilmək ümidilə yenidən Moskvada mitinqə çıxıb.