2 nəfər zəhərlənib
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yenə üzlük
Binəqədi rayonunda binada baş vermiş yanğında ölən və xəsarət alanlar haqda məlumat yoxdur.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzadlıqRadiosuna bildiriblər ki, 10-dan çox təcili yardım maşını yanğın yerindədir.
Sosial şəbəkələrdə bu dəfə də yanğına binaya vurulan üzlüyün səbəb olması haqda məlumatlar yayılıb.
Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda binanın yanması ilə əlaqədar «Azadlıq» prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sürücülər alternativ yoldan istifadə etməlidir.