Bina yanır
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin canlı qüvvəsi və texnikası hadisə yerindədir.
Yanğına nəyin səbəb olması haqda məlumat verilmir.
Hazırda yanğının söndürülməsi davam edir.
Nazirlik yanğın haqda əlavə məlumat verəcəyini bildirir.
Aprelin 10-da Xətai rayonundakı Zığ yolu şosesi, 16 ünvanda 9-mərtəbəli binada güclü yanğın olmuşdu. Həmin yanğına binaya vurulan keyfiyyətsiz üzlüklərin və güclü küləyin səbəb olduğu bildirilirdi.
Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda binanın yanması ilə əlaqədar «Azadlıq» prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sürücülər alternativ yoldan istifadə etməlidir.
Yenə üzlük
Binəqədi rayonunda binada baş vermiş yanğında ölən və xəsarət alanlar haqda məlumat yoxdur.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzadlıqRadiosuna bildiriblər ki, 10-dan çox təcili yardım maşını yanğın yerindədir.
Sosial şəbəkələrdə bu dəfə də yanğına binaya vurulan üzlüyün səbəb olması haqda məlumatlar yayılıb.