Binada hələ də adamlar var
Binanın yuxarı mərtəbələrində hələ də adamlar var.
Xilasedicilər hazırda onları çıxarmağa çalışır. Tüstü də məhz binanın yuxarı mərtəbələrini əhatə edir.
Zakir Qaralov: «Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb» #fire http://t.co/hMyJLWTSwg via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 19.5.2015
Son 2 ayda 2 fasad yanğını
YANĞINA HELİKOPTER CƏLB OLUNUB
AzadlıqRadisounun hadisə yerində olan əməkdaşı məlumat verir ki, yanğın bir az səngisə də yenidən güclənib. Alovu söndürmək üçün helikopter cəlb edilib.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, ərazidə 30 təciliyardım briqadası çalışır. Son məlumata görə 4 nəfər ölüb, 15 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının nədən baş verməsi hələ ki məlum deyil. Hadisə yerinə daxili işlər naziri Ramil Usubov, baş nazirin birinci müavini Abid Şərifov və dövlət rəsmiləri gəlib.
Yanğının nədən qaynaqlandığı hələki açıqlanmayıb.