Bakıda yanğın baş verən binanı üzləyən şirkətin rəhbəri tutulub #fire http://t.co/hG168P9cII via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 19.5.2015
Dəqiq rəqəm - 14 ölü
Səhiyyə Nazirliyi ölənlərin sayının 14 olduğunu bildirir
Mayın 19-da Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğında ölənlərin sayı 14 nəfərdir. 50 nəfər isə xəsarət alıb.
Yaralıların hamısı xəstəxanalarda yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Bu haqda Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumatda deyilir ki, Səhiyyə nazirinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə tanış olurlar.
Az əvvəlsə nazirlik ölənlərin sayının 15, daha sonra 16 nəfər olması haqda məlumat yaymışdı.
Yanğında ölənlərin çoxu tüstüdən boğulub
Yanğın zamanı mənzillərində qalıb kömək gözləyənlərin 80 faizi sağ qalıb, bloka çıxanlar isə tüstüdən boğulublar.
Bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini , general-leytenant Etibar Mirzəyev deyib.
Etibar Mirzəyev bildirib ki, yanğın 4 saatadək davam edib. Yanğının söndürülməsinə cəlb olunan iki helikopter funksiyalarını uğurla yerinə yetirib.
Xəsarət alanlardan 25 nəfəri FHN-in əməkdaşları təxliyə edib. Bütün mənzillər yoxlanılıb, binada heç kim qalmayıb.
Hadisə yerində 40-dan artıq texnika işləyir.
Yanğın zamanı 16 nəfər ölüb, 54 nəfər yaralanıb.
Prezident yanğınla bağlı xüsusi komissiya yaradır #fire http://t.co/NccF1BNIeA via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 19.5.2015