Hadisə yerindən...
YANĞINA HELİKOPTER CƏLB OLUNUB
AzadlıqRadisounun hadisə yerində olan əməkdaşı məlumat verir ki, yanğın bir az səngisə də yenidən güclənib. Alovu söndürmək üçün helikopter cəlb edilib.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, ərazidə 30 təciliyardım briqadası çalışır. Son məlumata görə 4 nəfər ölüb, 15 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının nədən baş verməsi hələ ki məlum deyil. Hadisə yerinə daxili işlər naziri Ramil Usubov, baş nazirin birinci müavini Abid Şərifov və dövlət rəsmiləri gəlib.
Yanğının nədən qaynaqlandığı hələki açıqlanmayıb.
Son 2 ayda 2 fasad yanğını
Zakir Qaralov: «Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb» #fire http://t.co/hMyJLWTSwg via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 19.5.2015