-
Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni, işadamı və müğənni Emin Ağalarov Böyük Britaniyanın Channel 5 telekanalına müsahibəsində deyib ki, Leyla Əliyeva ilə evliliyi əbədi olmaya bilər. Bu haqda BBC-nin Azərbaycan xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, Ağalarov The Wright Stuff proqramına müsahibəsində
"Qayınatanızın korrupsiyaya uğramış bir prezident olduğu barədə, seçkiləri saxtalaşdırdığı barədə məlumatlar çoxdur. Belə şeylərdə ittiham olunan adamın qızı ilə ailə qurmağın çətinlikləri nədir” sualına cavabında Ağalarov deyib: "Mən siyasətçi deyiləm deyə bunu şərh etmirəm. İkincisi də, bu, ailə məsələsidir və mənim musiqimə heç bir aidiyyatı yoxdur".
Həmçinin oxu: Emin Ağalarov keçmişə qayıtmaq istəmir - [Foto]
Bu sözlərdən sonra Emin Ağalarov qeyd edib ki, İlham Əliyev sadəcə onun qayınatasıdır və "bu da əbədi olmaya bilər".
"Bu baxımdan hər bir evlilik sual altındadır: hələ ki, [evliliyin pozulmaması üçün] çalışırıq. Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda yaşayır..."
"Beləliklə əgər evliliyimiz bitsə, mən daha Azərbaycan prezidentinin kürəkəni olmayacağam" - deyə Emin Ağalarov əlavə edib.
Müsahibə zamanı İlham Əliyevin necə bir insan olduğunu şərh edən müğənni deyib: "Çox gözəl insandır və ölkəsi üçün ən yaxşı şeyləri niyyət edir".
Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarovun oğlu Emin Ağalarov 2006-cı ildə prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə evlənib, cütlüyün Əli və Mikayıl adlı əkiz oğlanları var.