Prezident İlham Əliyevin qızı Leyla Əliyeva özünün rəsmi İnstagram səhifəsindən əri biznesmen və müğənni Emin Ağalarovla evliliyinin pozulması haqda yazıb:
“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq.
Emin Ağalarov: "Evliliyimiz bitsə, Azərbaycan prezidentinin kürəkəni olmayacam"
Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və biz nigahımızı pozmaq qərarına gəldi. Biz dost olaraq qalırıq”.
Bir gün əvvəl BBC Azərbaycancaya Emin Ağalarovun Böyük Britaniyanın Channel 5 telekanalına müsahibəsini yaymışdı. Müsahibədə Emin Ağalarov deyirdi ki, Leyla Əliyeva ilə evliliyi əbədi olmaya bilər.
Mayın 30-da eyni məzmunda bəyanat Emin Ağalarovun da instagram səhifəsində yayılıb.
Leyla Əliyeva və Emin Ağalarov 2006-cı ildə evlənmişdilər. Cütlüyün 6 yaşında ekiz oğlanları var.