Saxta "MTN"çilər yaxalanıb
Özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs Bakı sakininin 3 milyon 400 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçiriblır. Məlumatı ANS Press-ə DİN-dən veriblər
İlham Əliyev deyir ki, aviabiletlər həddən artıq bahadır
İlham Əliyev Nazirlər Kabinetinin iclasında,Qafqazinfo-nun məlumatına görə, AZAL-da biletlərin qiymətlərin bahalılığı məsələsinə də toxunub. Aznews.az -ın məlumatına görə, İlham Əliyev deyib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.
İlham Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.
AzadliqLive - 13 iyul