Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Prezident "Azadlıq"a müsahibə verir


Belarus prezidenti Alyaksandr Lukashenka
Belarus prezidenti Alyaksandr Lukashenka

.

Son 20 ildə ilk dəfə Belraus prezidenti Alyaksandr Lukashenka AzadlıqRadiosuna müsahibə verir.

Söhbət bugünə - avqustun 4-ə günorta saatlarına planlaşdırılıb.

Prezidentin mətbuat xidmətindən bildiriblər ki, son vaxtlar müsahibə üçün dövlət başçısına müraciət edənlər çoxalıb.

Ona görə də bu söhbətdə AzadlıqRadiosunun Belraus xidmətindən başqa “Evroradio” və tut.by saytının əməkdaşı da qoşulacaq.

Prezidentin 3 jurnalistə təxminən saatyarım vaxt ayırdığı bildirilir.

Bu ilin əvvəlində - yanvarın 29-da Minskdə keçirilən mətbuat konfransında AzadlıqRadiosunun Belarus xidmətinin əməkdaşı Valeriy Kalinovski prezidentdən müsahibə xahiş etmişdi.

Jurnalist bildirmişdi ki, Alyaksandr Lukashenka Azadlıq Radiosuna müsahibəni sonuncu dəfə 20 il əvvəl hələ təzə hakimiyyətə gələndə vermişdi.

XS
SM
MD
LG