Jurnalistin cəsədi evlərinə gətirilib
Həkimlər deyirdilər yaxşı olacaq
“Axşam həkimlər ümidverici danışırdılar. Deyirdilər ki, yaxşıdır, UZİ, rentgen etmişik, içəridə bir şey yoxdurdüzələr deyirdilər”.
Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.
Ərazi polisi gəlib
Rasim Əliyevin cəsədi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib. Ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Ora yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.