Bir neçə gündür Serbiyaya çatan miqrantlar Macarıstana üz tutublar. Avqustun 26-da səhər saatlarında onların bir qismi tikanlı məftilləri aşıb, Macarıstana keçə bilib. Almaniya və Hollandiyaya getməyə çalışan qaçqınların əksəriyyəti Suriya vətəndaşlarıdır.