-
Adam bir sözün düzgün yazılışını axtaranda hara baxar? Orfoqrafiya lüğətinə. Bəs əgər yüz ölçülüb (oxunub) bir biçilməli (çap edilməli) lüğətin özü səhvlə doludursa, onda neyləyəsən?
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni 6-cı nəşri barədə “Kaspi” qəzetində dərc olunan məqaləsində Eldar Məmmədov yazır ki, lüğətdə orfoqrafik səhvlərlə yazılmış çoxlu söz var.
Onlardan bəziləri (mötərizədə düzgün yazılışı ilə):
təkəsaqqız (təkəsaqqal),
vanadal (vandal),
kuhlaçı (kuklaçı),
dəliqarın (dələqarın),
hücuməmirli (hücuməmrli),
falangit (falangist),
farmasept (farmasevt),
fələkzadə, fəlakətzadə, fəlakətzadəlik (son 3 sözün ikinci hissələrindəki “zadə” sözləri “zədə” yazılmalıdır),
şərli-böntanlı (böhtanlı),
bromizavod (bromzavod),
paramneziy (paramneziya),
halbahalıq (halbahallıq),
melanolik (melanholik),
maniakl (maniakal),
uzunsümbül (bu, “Orfoqrafiya qaydaları”nın 5-ci bəndinin tələbinə xilafdır, həm də lüğətdə onun əsasında yaradılmış 22 mürəkkəb və düzəltmə sözdə “sünbül“ şəklində işlədilmişdir),
kurikulum (kurrikulum),
əmioğlulu (əmioğluluq),
mürabiqə-baxış (müsabiqə-baxış),
əmrilmöminin (əmirəlmöminin),
rentgenokinomotoqrafiya (rentgenokimoqrafiya),
qalla(-lar) (qall(-lar)),
qanadsayıq (qanadsayaq),
bimis (bimisl),
biləkarisı (biləkarası),
səs-haykırtı (səs-hayqırtı),
evgenika (yevgenika),
çəkic-zindan (çəkic-sindan),
fransızdillik (fransızdillilik) və s.
“Qaynaqçı” və “qaynaqçılıq” sözləri nədənsə, onların əvvəlinə “qaz” sözü əlavə edilən kimi ilkin formalarını dəyişmişdir: qazqaynağıçı və qazqaynağıçılıq (əslində “qazqaynaqçısı” və “qazqaynaqçılığı” olmalıdır).
“Çıldaq” və daha 6 sözün ikinci hissəsindəki “-daq” sözü “dağ” şəklində yazılmalıdır, çünki o “dağlamaq” sözündəndir.
QƏFİL DƏYİŞİKLİK...
Bəzi sözlər ayrılıqda dəqiq orfoqrafik şəklə malikdir.
Lakin lüğətdə başqa bir sözlə birləşən kimi nədənsə onun yazılışında dəyişiklik baş verir:
pencər/qızıl-pəncər,
yurd/yurtyeri,
əbrişim/güləbrişin,
qurd/alaqurt,
azad/azatağacı,
qıjı/acıqıcı,
kontrast/yüksəkkontras, kontrastlı/yüksəkkontraslı,
əncir/suincilotu,
eroziya/termoerroziya,
yemlik/dəliyemilik,
dozator/hopper-dazator və s.
LÜĞƏTDƏ ÇOX QƏRİBƏ SÖZLƏRƏ RAST GƏLMƏK OLUR:
porşensizlikdən (!),
göstəriliş,
unüyütmə (unu üyütməzlər, taxılı, dəni üyüdərlər),
eksprezidentlik,
eksskiperlik (görəsən, bu son iki “vəzifənin” səlahiyyət müddətini kim müəyyənləşdirir?), atletikaçı (lüğətdə “atlet” sözü vardır və ona heç bir ehtiyac yoxdur),
fiktif (!),
roman-qəzet (heç “Rus dilinin orfoqrafiya lüğəti”ndə də belə söz yoxdur),
yulafsöz (sözün yulafla nə əlaqəsi ola bilər?), qarannı (lüğətdə dilimizə yad olan “-nı” şəkilçisi qoşulmuş başqa bir söz yoxdur və onun nə demək olduğunu aydınlaşdıra bilmədik), pedtexnikumbitirmə,
pedməktəbqurtarma,
pedinstitutbitirmə (nədənsə, birini bitirir, o birilərini isə qurtarırlar),
ağqılçıq düyü (düyünün qılçığı olmur, çəltiyin qılçığı olur),
tənəkdolması (!) (“yarpaqdolması” ilə müqayisədə çox mənasız sözdür),
nasir-nasir (?) (niyə “şair-şair” yaddan çıxarılıb?),
ikivimpelli (?)
cənnətquşu,
səfirxana,
söyüşçülük,
sualçılıq,
sovetoloq-islamşünas,
uzunəsrlik,
uzunillik (yəni bir əsrdən də, bir ildən də uzun?),
zərrədin,
götürübbə (?),
tutqurusu-çörək (nədənsə, “əncirqurusu”, “ərikqurusu” sözləri lüğətə salınmayıb),
əks-əlifba,
sirriqalın,
sıxılabilməz,
sıxılabilməzlik,
selkənaredən,
kuba-qayığabənzər,
cinkimilik, və s.
Bütün bunlar yeni orfoqrafiya lüğətinin “məziyyətləri”nin tam siyahısı deyil. Ətraflı burda oxu!