Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə
«İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları araşdırılsın!».
«Siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılsın!». Ətraflı burada
Əli Həsənov: «Avropa Parlamenti artıq reallıq hissini itirib»
«Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil». Ətraflı burada
Rusiya bayrağı ilə Avropaya etiraz
Sentyabrın 12-də Beynəlxalq Diaspora Mərkəzi Avropa İttifaqının Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçirib.
Oqtay Əsədov: «Avropa Parlamenti bütün sərhədləri keçib»
«Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib».
Milli Məclisin sədri Oqtay Əsədov belə deyib.
O, Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar plenar iclasında çıxış edib.
O.Əsədov bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: «Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik. Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb».
O.Əsədov hesab edir ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır: «Biz beynəlxalq təşkilatlarda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Biz bu təşkilatlardan nə görürük? Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən nəzər salsın». /Trend/
Hazırda Milli Məclisin iclası davam edir.